Mehman komada olan anası ilə görüşə buraxılmasını tələb edirik

0 людей подписали. Следующая цель: 1 000


Cənab Prezident,
Tanınmış bloqer Mehman Hüseynov 3 mart 2017-cı ildә Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. Onun həbsindən artıq 17 ay keçib və o, həmin müddət ərzində daxili intizam qaydalarını pozmayıb.
Mehman Hüseynov öz araşdırmaları ilә məşhurdur, onun idarə etdiyi “Sancaq” adlı Facebook səhifəsinin 400 minə yaxın izləyicisi var. O, korrupsiya faktlarını ifşa edən onlarla video çəkib, bir sıra məmurları tənqid edib və heç vaxt böhtan xarakterli məlumatı yaymayıb. Mehman Hüseynovun vəkillərin qənaətinə görə, həbs olunduğu iş məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmayıb və Hüseynovun günahı sübuta yetirilməyib.
Belə ki, Mehman Hüseynov 9 yanvar 2017-ci ildə müəmmalı şəkildə yoxa çıxıb. Növbəti gün isə, məlum olub ki, o, Nəsimi Rayon Məhkəməsindədir və ictamai asayışını pozmaqda ittiham olunur. Məhkəmədən sonra bloqer jurnalistlərə bildirib ki, axşam saatlarında küçədən oğurlanaraq, maşında və Nəsimi Rayon Polis İdarəsində işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Bir neçə gün sonra Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov bildirib ki, Mehman Hüseynovun dedikləri şər və böhtandır və o, buna görə cavab berəcək. Az müddət sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittihamçı qismində bloqeri məhkəməyə verib. Vəkillərin fikirinə görə bu, qanunvericiliyinə ziddir, çünki dövlət qurumları həmin maddə üzrə məhkəməyə müraciət edə bilməzlər. Buna baxmayaraq, bütün məhkəmə instansiyalar Mehman Hüseynovu həbsdə saxlayıb.
Bloqerin həbsindən sonra onun yaşlı anası Firəngiz Hüseynovanın səhhəti pisləşib və son 20 gün ərzində xəstəliyi kəskin və ağır formaya keçib. O, xəstəxanaya yerləşdirilib və orda kliniki ölüm keçirib. Hal-hazırda komadadır və vəziyyəti ağır olaraq qalır və demək olar ki, ölüm ayağındadır.
Bildiyiniz kimi, bu kimi hallar Azərbaycan qanunverciliyində nəzərdə tutulub. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89.1.-ci maddəsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə, nəzərə alınmır. Həmin Məcəllənin 89.2.-ci maddəsinə görə, bu Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır.
Cənab Prezident, biz, petisiyanı imzalayanlar, Mehman Hüseynovu 20 gündən çox xəstəxanada koma vəziyyətində olan anası Firəngiz Hüseynovaya baş çəkməsi məsələsində yardımçı olasınız. Mehmanın anasına baş çəkməsi Firəngiz xanıma müsbət təsir edə bilər. Biz isə Mehman Hüseynovun anasına baş çəkməsinə buraxıldığı halda onun cəza çəkdiyi 14 saylı Cəzaçəkmə müəssisəsinə müəyyən edilən tarixdə və vaxtda qayıtmasına zamin kimi durmağa hazırıq.



Cегодня Samira рассчитывает на вас

Samira Agayeva нуждается в вашей помощи с петицией «Mehman komada olan anası ilə görüşə buraxılmasını tələb edirik». Samira и 755 участников этой кампании рассчитывают на вас сегодня.