Kampanya Kapatıldı

Bduda qismən testləşməyə keçid üçün yığılan imzalar Bdu rəhbərliyinə təqdim edilməsi üçün

Bu kampanya 5.337 destekçiye ulaştı


Bakı Dövlət Universiteti 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətininparlamenti tərəfindən təsis edilmişdir. 2010-cu ilin dekabrında Akademik Göstəricilərə görə Universitetlərin Reytinqində ("University Ranking by Academic Performance") dünyanın ən yaxşı 2000 universitetinin siyahısında, Azərbaycandan yalnız Bakı Dövlət Universiteti siyahıya düşüb və cədvəldə 1951-ci pillədə qərarlaşmışdır.Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlamışdır.Hazırda isə Bakı Dövlət Universitetdə 17 fakültə fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisas üzrə mütəxəssislər hazırlanır.

Kampaniyanın başladılma səbəbi yığılan imzaların Bakı Dövlət Universitetinin rektorluğuna və eləcə də Təhsil nazirlyinə təqdim edilməsi və həmin universitetdə imtahanlara qismən test üsulunun tətbiq edilməsi üçün məsələ qaldırılmasıdır.

Bildiyimiz kimi Bakı Dövlət Universitetində tətbiq edilən imtahan üsulu çətinliyi və açıx tipli sualları ilə seçilir. Tam açıq tipli test imtahanı isə özü ilə birlikdə bəzi problemlər gətirir. İlk növbədə tələbələrdə imtahanın çətinliyilə bağlı imtahan öncəsi pisxoloji gərginlik və diqqət dağınıqlığı, imtahandan öncə və imtahan zamanı biliyin tam olaraq tətbiq edilməməsi, açıq tipli sualların verdiyi daha böyük problemlərdən biri olan imtahan verənlərin biliyinin qeyri-dəqiq qiymətləndirilməsi və s. kimi məsələlər ortaya çıxır.

Bu məsələnin həlli üçün isə imtahanlara qimən test üsulunun tətbiq edilməsi üçün kampanya başladılır. İmtahanda 5 açıq sual əvəzinə sualların 20 qapalı 3 açıq şəklində verilməsi təklif olunur. Qiymətləndirmə isə hər test tipli suala maksimum 1 bal, hər açıq suala isə maksimum 10 bal şəklində olur. Beləcə bal sistemi dəyişilmədən maksimum 50 bal olaraq qiymətləndirilə bilər və verilən problemlər qismən aradan qaldırılır.



Bugün Bakı Dövlət imzanı bekliyor!

Bakı Dövlət Universiteti bu imza kampanyası için senin desteğini bekliyor: «Məhərrəmov Abel Məmmədəli oğlu — BDU-nun rektoru[1], Azərbaycan Respublikası Milli Məclisinin III (2: Bduda qismən testləşməyə keçid üçün yığılan imzalar Bdu rəhbərliyinə təqdim edilməsi üçün». Bakı Dövlət ve imza atan diğer 5.336 kişiye katıl.