Hərbiçilərə ev verilsin. Kirayə pulları dövlət büdcəsində qalsın!!!

Hərbiçilərə ev verilsin. Kirayə pulları dövlət büdcəsində qalsın!!!
Hərbiçilərə ilk xidmətə başladığı gündən ev verilməli olduğu halda onlar evlə təmin olunmurlar. Əvəzində dövlət tərəfindən ev əvəzində kirayədə yaşamaq üçün kirayə pulu kompensasiyası verilir. Amma elə qanunlar qoyublarki kirayə pulu kompensasiyasını almaq hər hərbiçiyə qismət olmur. Onlardan öz məvacibi ilə ipotekaya aldığı ev üçün kirayə pulu ödənilmir. Niyə?
Axı hərbiçi ipatekanı son qəpiyə qədər ödəyə bilməsə o ev ona məxsus deyil. 4 faiz güzəştli ipoteka dövlətin hərbiçiyə verdiyi güzəşt sayılır. Bunu başqa şeylərlə niyə əvəzləşdirir. Bəs hərbiçi niyə bu güzəştlərdən mərhum olunur?
Digər məsələ əgər hərbiçinin adına mülk varsa ona kirayə pulu verilmir.Niyə?
Hərbiçinin ata yurdu ona miras olaraq qalıbsa bu ev onun atasının ona verdiyi evdir ay Cənablar sizin verdiyiniz ev deyil bunu dərk edin. Atalarımız bu mülkü dişi ilə dırnağı ilə qazanıb.