Petition Closed

Hörmətli Millət Vəkilləri,

Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır. Hüquq dövlətlərində vətəndaşlar dövlətin idarə edilməsində həm də seçdikləri millət vəkilləri vasitəsi ilə iştirak edirlər, çünki vətəndaşların, seçicilərin dövlətdəki təmsilçiləri onların səs verdikləri millət vəkilləridir.

Bu gün ərazisinin böyük bir hissəsi işğal altında olan və hər an müharibə ehtimalı altında yaşayan bir dövlətin vətəndaşları kimi bizi ən çox narahat edən məsələlərdən biri illərdir milli ordumuzda baş verən xoşagəlməz hadisələr, özbaşınalıqlar, qeyri-döyüş şəraitində əsgərlərimizin həlak olması və digər qanunsuzluqlardır. Artıq neçənci dəfədir ki, mətbuatda əsgərlərimizin döyülərək, işkəncə verilərək, daha başqa qanunsuzluqlar nəticəsində vəfat etməsini göstərən sübutlar, faktlar yayımlanır. Amma bu faktlar şəffaf araşdırılmır, hətta çox az hallarda cəmiyyətə rəsmi informasiya verilir. Bu faktlar qarşısında bir dəfə də olsun müdafiə naziri Səfər Əbiyev vətəndaşların, jurnalistlərin qarşısında hesabat vermək məsuliyyətini özündə hiss etməyib və bu dəhşətli faktlara həssas yanaşma nümayiş etdirməyib.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən Milli Məclis Nazirlər Kabinetinə etimad məsələsinə baxır. Eyni zamanda vətəndaşların qanunları və digər məsələləri Milli Məclisin müzakirəsinə çıxarmaq hüququ var.

Bütün yuxarıda göstərilənlərə əsasən, bir vətəndaş kimi hüquqlarımızdan istifadə edərək, sizi hökümətdən müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsini tələb etməyə çağırırıq.

Biz, vətəndaşı olduğumuz dövlətin ordusunun idarəsini öz vəzifəsinə məsuliyyətsiz yanaşan və güclü ordu quruculuğuna zərbə vuran şəxslər tərəfindən idarə edilməsini qəbul etmirik.

Ordumuzda baş verən bütün neqativ halların məsuliyyətini daşıdığına inandığımız müdafiə naziri Səfər Əbiyev vəzifəsindən istefa verməli və ya hökümət tərəfindən istefaya göndərilməlidir.

Hörmətlə,
Azərbaycan Respublikası vətəndaşları

Letter to
Parliament of Azerbaijan Azərbaycan Respublikası Milli Məclisi
President of Republic of Azerbaijan Azərbaycan Respublikası Prezidenti
Müdafiə naziri Səfər Əbiyev istefaya göndərilməlidir!