Kinoteatrlarımızdakı çatışmazlıqların həlli

0 kişi imzaladı. Hedefimiz 5.000.


Kinoteatrların uzun illər fəaliyyət göstərməyinə baxmayaraq,hələ də bu sahədə çatışmazlıqlar var.Bu çatışmazlıqların tamaşaçılar və kinoteatrların birlikdə səyi nəticəsində həll olunacağına inanırıq.Kinoteatrların izləyicilərin nəbzini tutmasını istəyirik.Bu mövzuda dəfələrlə müraciət etmişik,bizə istək olarsa nəzərə alınacağı deyilib.İrəliləyişlər var,göz ardı etmək olmaz.Ancaq istənilən qədər deyil.Biz də sayımızla istəyin nə qədər çox olduğunu göstərmək istəyirik.İlk növbədə kinemotoqrafiya sahəsində çəkilən yeni filmlərin kinoteatrlarda original dilində azərbaycanca alt yazıyla nümayiş olunması ən böyük istəklərimizdəndir.Bu məsələdə xüsusilə alt yazının keyfiyyətli olması arzumuzdur.Və yaxud azərbaycanca keyfiyyətli dublyajla filmləri izləmək istərdik.Ölkədə dil biliyi yüksək səviyyədə olan gənclərimiz də az deyil.Onlarla əməkdaşlığınızı görmək də çox xoş olardı.Rəsmi dili azərbaycanca olan ölkədə bu tələbimizdə haqqlı olduğumuzu düşünürük.Bu məsələnin studiyalar və filmlərin regionlara paylanmasıyla məşğul olan şirkətlərdən asılı olduğunu başa düşürük.Lakin düşünürük ki,tələbatın olduğunu sizin vasitənizlə çatdıra bilərik.Bizim tələbatımızı görüb haqqlı şəkildə onlardan da tələb etməyinizi gözləyirik.Həmçinin seansların gecə gec saatlarda,səhər çox erkən və ya heç olmaması hər iki tərəfin,xüsusilə tamaşaçıların maraqlarıyla uyğunlaşmır.Filmlərin kinoteatrlarda hər kəs üçün uyğun şəkildə nümayiş olunması müəllif hüquqlarının pozulmasının,insanların piratçılığa yönəlməsinin qarşısını alacağını və bu sahədə maariflənməyə gətirib çıxaracağını düşünürük.Bu kimi problemləri birgə həll yolu ilə aradan qaldıra biləcəyimizi ümid edirik.



Bugün Mensume imzanı bekliyor!

Mensume Xanlarzade bu imza kampanyası için senin desteğini bekliyor: «Kinoteatrlarımızdakı çatışmazlıqların həlli». Mensume ve imza atan diğer 4.941 kişiye katıl.