Lətif Həsəniyə azadlıq

Lətif Həsəniyə azadlıq

Başlama tarihi:
4 Ocak 2021
Muhatap:
Iran Devleti
İmzalar: 138Sonraki Hedef: 200
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: BAO

Azərbaycanın Güneyində olan milli fəal Lətif Həsəninin həbsindən təxminən 8 il keçir.

Azərbaycan Milli Hərəkatının tanınmış fəalı dr. Lətif Həsəninin həbsindən 7 il 10 ay 26 gün keçib. O, ömrünün təxminən 10 ilini müxtəlif həbsxanalarda keçirib.

Lətif Həsəni 1969-cu ildə Xalxal şəhərində anadan olub. O, orta Məktəb təhsilini Ramsər şəhərində tamamlayıb və Kərəc üniversitesi fəlsəfə fakültəsinə daxil olub. Lətif Həsəni təhsilini davam etdirmək üçün Bakıya köçüb və Bakı Dövlət universitetində beynəlxalq hüquq üzrə yüksək lisans və doktorluq dərəcələrini tamamlayıb.

O, 2002-ci illərin ortalarında Azərbaycanın Güneyinə qayıdır və siyasi fəaliyyətini burada davam etdirir. Lətif Həsəni Kərəc üniversitesində müəllim kimi çalışmaq istəsə də, üniversite istihbaratı məsulu tərəfindən ona qarşı çıxılır.

Fəal 2011-cu ilin may ayında 14 dostu ilə birlikdə “rejimə qarşı təbliğat, milli əmniyətə qarşı hərəkət etmək və qanunsuz qrup yaratmaq” ittihamı ilə həbs edilir. Dr. Lətif Təbrizin ETTELAAT İdarəsinin təhlükəli məhbuslar üçün özəl infiradisində 7 ay işgəncələrə məruz qalır, daha sonra isə Təbriz Həbsxanasının ma:li bəndində 1 ay saxlanılır. Beləliklə, Təbriz İnqilab Məhkəməsi onu 18 ay həbs cəzasına məhkum edir. Fəal həbsdən çıxdıqdan sonra da milli fəaliyyətini davam etdirir. O, 2012-ci ilin yanvar ayında Yürüş ləqəbi ilə tanınan Mühəndis Ayət Mehrəli bəy, Mühəndis Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quliyzadə kimi tanınan 4 dostu ilə birlikdə Yeni Gamoh qrupu yaratmaq ittihamı ilə həbs olunur. Bildirək ki, Lətif Həsəni bu təşkilatın baş səbiri seçilir.
2012-ci ilin yanvar ayında baş səbir və təşkilatın mərkəzi şurasının üzvləri həbs edilirlər. Qazi Məhəmməd Baqerpour 2013-ci il prezident seçkilərindən bir neçə gün öncə Lətif Həsəni ilə adı çəkilən dostlarını rejimə qarşı təbliğat ittihamı ilə 9 il təziri həbs cəzasına məhkum edir. Bu hökm yubanmadan təcdide-nəzər, habelə Divane Ali Məhkəməsində təsdiqlənərək icra edilir.

Hazırda Dr. Lətif Həsəni Kərəcdəki Rəcai Şəhr Həbsxanasında saxlanılır. İranın Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, onun 8 və 1 illik həbsi idğam olunaraq 8 ili qüvvədə saxlanılıb. Vurğulayaq ki, dr. Lətif Həsəni Azərbaycan Milli Hərəkatının ən çox həbs çəkən siyasi fəalıdır. Onun həyat yoldaşı Əzəm xanım da milli hərəkatın aparıcı nümayəndələrindən sayılır.

Hemen destekle
İmzalar: 138Sonraki Hedef: 200
Hemen destekle