İnsanların kütləvi kimyəvi zəhərlənməsini qadağan edin

0 людей подписали. Следующая цель: 5 000


 

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Naziri
cənab Muxtar Babayevə

Hörmətli nazir!
Valideynlərin adından Sizə müraciət etməyimizin səbəbi çıxılmaz vəziyyətə düşməyimizdir. Təəssüf ki, dinlənilməyimiz üçün başqa üsul yoxdur. Mən, Mustafayeva Nərgiz Namiq qızı dünyanın ən gözəl şəhərində - Bakıda yaşayıram və sizi məlumatlandırmaq istəyirəm ki, məsul şəxslər - zavod və bəzi idarə müdirləri bizi və övladlarımızı kimyəvi maddələrlə zəhərləyirlər. Son vaxtlar şəhərdə tez-tez kəskin kükürd iyi peyda olur. Məcbur olub pəncərələri bağlayırıq, kondisionerləri yandırırıq və kimyəvi hücumda olduğu kimi, qorxumuzdan çölə-bayıra çıxmırıq. Bu problem KİV və sosial şəbəkələrdə işıqlandırılır. Rəsmi cavabdan bir xeyir görməmişik. Biz övladlarımızın gələcəyi və onların sağlamlığı üçün çox narahatıq. Xəstə uşaq ordusu günü-gündən “böyüyür”. Biz dövlətimizə fayda gətirəcək güclü və sağlam nəsil yetişdirməyə borcluyuq! Bizə qazdan mutasiya olunmuş vətəndaşlar yox, sağlam əsgərlər lazımdır! Valideyn kimi biz əlimizdən gələni edirik. Amma elə şeylər var ki, bizim əlimizdə deyil. Biz uşaqlarımızı əleyhqazda gəzdirə bilmərik.
Hörmətli cənab nazir!
Sizdən xahiş edirəm ki, bu vəziyyəti nəzarətə götürəsiniz.

Hörmətlə, ANA

Уважаемый Министр Экологии и Природных Ресурсов! Обратиться к Вам подобным образом от имени всех родителей вынудила безвыходность ситуации. К сожалению, иных способов быть услышанными нет. Я, Мустафаева Наргиз Намик гызы, проживающая в одном из красивейших городов мира, городе Баку, хочу поставить Вас в известность, что некоторые ответственные лица, директора заводов и других заведений травят нас и наших детей химическими примесями. В последнее время в городе очень часто появляется резкий запах сереводорода, который вынуждает закрывать окна, включать кондиционеры и не выходить из дома как при химической атаке. Эта проблема освещается в СМИ и социальных сетях. Официальный ответ оставляет желать лучшего.  Мы очень беспокоимся за будущее наших детей, за их здоровье. Армия больных детей увеличивается. Мы должны, мы обязаны вырастить сильное здоровое поколение, приносящее пользу своему государству. Нам нужны здоровые воины, а не мутирующие от газа хилые граждане. Как родители мы делаем всё возможное. Но есть вещи, которые не в наших руках. Мы не можем надеть детям противогазы. Просим Вас распорядиться взять под контроль эту ситуацию. С уважением, МАМА