Uyğur Türklərinin tarixdən silinməməsi üçün Çin zülmünə SON deyək!!!

0 kişi imzaladı. Hedefimiz 5.000.


Uyğur Türklərininə qarşı Çin zülmünə SON!!!

Şərqi Türküstanda rejiminin müsəlman türklərə öz torpaqlarında tətbiq etdiyi assimilyasiya siyasəti və zülm insanlıq sərhədlərini aşmaqdadır. 1949-cu ildən başlayaraq Çin rejimi türklərə yönəlik sistemli formada assimiliyasiya siyasəti həyata keçirir. Həmin ildən bu günədək 40 milyona yaxın uyğur türkün öldürüldüyü bildirilir. 1949-1952 illərdə 2 milyon 800 min, 1952-1957-ci illərdə 3 milyon 509 min, 1958-1960-cı illərdə 6 milyon 700 min, 1961-1965-ci illərdə 13 milyon 300 min türk qətlə yetirilib. "Çinin Şərqi Türkistan bölgəsində toplama düşərgələrində saxlanılan uyğurların sayı 3 milyona çatıb". Çox sayda insanın ağır işgəncələrə dözməyib intihar etdiyi və bir çox insanın da xəstəlik səbəbi ilə həyatını itirdiyi məlumdur. Düşərgədə 80, hətta 90 yaşında uyğurlar belə var". 1966-cı ildən sonra öldürülənlərlə birlkdə bu rəqəm 40 milyona çatıb. Həyati təhlükə türklərin gündəlik həyatının bir parçasına dönüb. Onlar bütün hüquqlardan məhrum edilib, qanunveriricilikdə nəzərdə tutulan haqların heç birisi türklər üçün tanınmır. Bununla yanaşı, bölgə sürətlə çinliləşdirilir. Uyğurların dini və milli kimliklərindən qopmaları üçün rejim bu gün də ağlasığmaz üsullara əl atır. Şərqi Türküstanda insanlıq yox edilir. Bölgənin müsəlman və türk kəsimi məktəblərdə təhsil ala bilmirlər, rejim bunu qadağan edib. Region məktəblərində təhsil alan şagirdlərin yalnız 20%-ni türklər təşkil edir, qalanı çinlilərdir. Halbuki, Şərqi Türküstan əhalisinin 80%-dən çoxunu uyğurlar təşkil edir. Çin əhalisinin savadsız təbəqəsinin əsas hissəsində məhz uyğurlar qərarlaşıb. Şərqi Türkistanda çinliləri artıran rəhbərlik türk qızlarını digər bölgələrdə çinlilərlə zorla evliliklərə məcbur edir. Ailələrindən güclə alınan qız uşaqlarının təhsil məqsədilə digər yerlərə aparıldığını deyirlər. Türklərin uşaq dünyaya gətirməsi qadağandır. Hamilə olan türk qadınlarının körpələri abort edilir. Doğulmuş olanlar isə Çin dövləti tərəfindən zorla alınıb assimilyasiya edilir. Şərqi Türkistan xalqına ağlasığmaz zülm və işgəncələri rəva görən Çin tətbiq etdiyi əhali planlaması proyekti ilə 10 milyon uşağı ana bətnində qətlə yetirib. Ana qarnındakı 7-8 aylıq uşaqları belə gözünü qırpmadan abort edərək öldürür. Çində türk dilində danışmaq qadağandır. Çinlilər Türk məhəllələrində türk qızlarına təcavüz edir. Baş verənlərə Çin polisi müdaxilə etmir, etdiyində isə yalnız türk gəncləri həbs edilir. Son olaraq Çinin daxili bölgələrinə aparılan 500 min gənc qız, kölələrə belə rəva görülməyəcək mühitlərdə, zorla əxlaqsız yerlərdə insanların zövq və səfalarına təqdim edilir. Qarşı çıxanlar, ən ağır Çin işgəncələrinə məruz buraxılarkən, bir çoxu bu işgəncələrdə həyatını itirirlər. Şərqi türküstanlıların ailə ənənələrini söndürmək, nəslinin artmasını və iffətli anaların azalmasını hədəfləyən Çin, bütün dünyaya hakim qılmağa çalışdığı iqtisadi gücünün altında yatan ucuz iş gücünü də bu yolla təmin etmiş olur. Çin, rəsmi sayı 35 milyonu keçən bir milləti tarix səhnəsindən və coğrafiyadan silməyə çalışır. Çinli uşaqlar da daxil olmaqla, bütün Türklər çin işgəncəsinə məruz qalır. Qorxularından evlərindən çıxa bilməyən türklərin isə evdən çıxarılması üçün elektrik və suyu kəsilir. Qapıdan çıxan türk Çin vətəndaşları tərəfindən ölümünə döyülür və öldürülür. Bu usə, bir millətin dəyərlərini, inanclarını, dillərini və torpaqlarını əlindən almaq, o millətin tarixdən silmək deməkdir. Şərqi Türküstanda baş verənlər Beynəlxalq Əfv Təşkilatının hesabatlarında yer alsa da, Çin rejiminə "dur" deyən yoxdur. Bütün Dünya dövlətləri Çin rejiminin haqsızlığına iqtisadi mənfəətlərinə görə susurlar. Əgər həqiqətən söylənilən demokratiya varsa, o zaman insanlığa hörmət və xidmətə xatir uyğurların haqq səsinə hər kəs səs verməli və Çinin kommunist rejiminin türklərə qarşı bu şiddəti dayandırmalıdır!!! 



Bugün Sizin Qida imzanı bekliyor!

Sizin Qida Məsləhətçiniz bu imza kampanyası için senin desteğini bekliyor: «İnsanlıq naminə : Uyğur Türklərinin tarixdən silnməməsi üçün Çin zülmünə SON deyək !!!». Sizin Qida ve imza atan diğer 3.171 kişiye katıl.