Qobu-Güzdək yolunu bərbad vəziyyətdən qurtaraq!

0 kişi imzaladı. Hedefimiz 100.


Mayın ortalarında təmiri başa çatan Hökməli - Qobu yolunun üzərinə nişanlanma xətlərinin çəkilməsi Bakının Güzdək kəndinin sakinlərinin qəsəbəyə gedən yolun nə vaxtsa düzələcəyinə ümidini sıfra endirdi.

 

Hər gün şəhərə gedib-gəldiyimiz Hökməli yolunun təmiri ilə bağlı verilən vədlərə yenə də əməl olunmadı. Halbuki iki il qabaq rəsmi səviyyədə verilən məlumatda bildirilirdi ki, təmir işləri Hökməli - Qobu - Güzdək yolunu əhatə edəcək. Hətta deyilmişdi ki, təmir olunacaq yolun 2 kilometri Hökməlinin, 3 kilometri Qobunun və 6 kilometri Güzdəyin ərazisinə düşəcək.Amma Hökməli və Qobunun payına düşən 5 kilometri təmir eləyiblər, Güzdəyin payına düşən 6 kilometr isə pis gündə qalıb. Prezident  11 kilometr üçün pul ayırır, bunlar 5 kilometrini çəkir, gözdən pərdə asırlar, qalan 6 kilometrin pulunu yeyirlər. Az pul yemirlər, hər kilometrə milyonlarla manat ayrılır”.

Təmir, demək olar ki, Atyalı palçıq vulkanının yerləşdiyi təpənin altında, Qobu qəsəbəsinin içərisinə dönən yerdə bitir. Amma təmirçilər yolun Güzdəyə qədər olan hissəsinin də təmir olduğunu imtisasiya etmək üçün Güzdək yolunun da 50-60 metrini təmir edərək nişanlayıblar, sonra kələ-kötürlü fələkət yolları başlayır. Sadəcə, təmir bitən yerdən sonra yol maili şəkildə aşağı endiyindən təmirin davam etmədiyi aydın olmur. Yolun Güzdəyə qədər olan hissəsində elə yerlər var ki, yüngül minik maşınları keçə bilmir və yolun kənarı ilə qruntun üzərində hərəkət etməyə məcbur olur. Kənd camaatının ən çox istifadə etdiyi “20 yanvar” avtobusları da bu yoldan keçir və bir az təcrübəsiz sürücü hər an qəzaya səbəb ola bilər. Yəni hər gün yüzlərlə Güzdək sakini həyati təhlükə ilə üzləşməli olur.

Halbuki, iki il qabaq “Azəravtoyol” ASC tərəfindən “AzərTac”a verilmiş məlumatda bildirilib ki, yolun 1,5 kilometrlik hissəsində əsaslı şəkildə, 9,5 kilometrlik hissəsində orta şəkildə təmir işləri aparılacaq: “Təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq”.



Bugün Rüfət imzanı bekliyor!

Rüfət Məhərrəmov bu imza kampanyası için senin desteğini bekliyor: «info@aayda.gov.az : Qobu-Güzdək yolunun təmiri üçün müraciət». Rüfət ve imza atan diğer 20 kişiye katıl.