Петиция закрыта

Vətəndaşları fasiləsiz təbii qaznan təmin edin

Эта петиция собрала 15 подписантов


Hörmətli cənab prezident!

Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanın bütün rayonlarının və paytaxtın sakinləri təbii qazın əhaliyə verilməsindən kütləvi əziyyət çəkir. Baxmayaraq ki hər kəs üçün müasir sayğaçlar quraşdırılıb, və qazın ödənişləri smart kart vasitəsilə istehlakdan əvvəl ödənilir, kütləvi şəkildə qazın verilməsində problemlər yaşanılır. Bakı şəhərinin bütün rayonlarında mütəmadi olaraq təbii qazın verilməsi saatlarla, sutkalarla və bəzən həftələrlə dayandırılır. Aidiyatı qurumlar qazın məhdudlaşdırmasından öncə vətəndaşlara hər hansı bir qəza ilə bağlı və ya təmir işləri ilə əlaqədar heç bir məlumat və xəbərdarlıq vermir. Vətəndaşların kütləvi müraciyyətlərinə baxmayaraq heç bir əsaslandırılmış səbəblər bildirmir, hətta fırıldaqdan istifadə edib əhalini yola verməkdən ötrü qaynar xətt əməkdaşları bəzən təəcüblə təbii qazın verilməsində yaranmış problemlərdən xəbərsiz olduqlarını bildirir. Biz inanırıq ki, sizə bu yaranmış vəziyyət haqda aidiyatı qurumların məmurları məlumat vermir, və bu vəziyyətdən sui istifadə edirlər. Xahiş edirik iradənizi və qətiyyətinizi bildirib yaranmış vəziyyətin araşdırılmasına və əhalini, Azərbaycan Gürcüstanı təmin etdiyi kimi, fasiləsiz təbii qazla təmin edilməsinə dair göstəriş verəsiniz.



Cегодня Emil рассчитывает на вас

Emil Seyidov нуждается в вашей помощи с петицией «İlham Əliyev: Vətəndaşları təbii qaznan təmin edin, onlardan alıb qonşuya verməyin!». Emil и 14 участников этой кампании рассчитывают на вас сегодня.