Müsavat partiyasının üzvü, Tofiq Yaqublunun dərhal azad edilməsini tələb edirik!

Müsavat partiyasının üzvü, Tofiq Yaqublunun dərhal azad edilməsini tələb edirik!

Başlama tarihi:
4 Eylül 2020
Muhatap:
Haqqın və ədalətin yanında olan şəxslərə
İmzalar: 95Sonraki Hedef: 100
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: Əziz Məmiyev

22 mart 2020 ci il tarixdə, günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində, Müsavat partiyasının üzvü, siyasi fəaliyyətinə görə Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə şərlənərək həbs olunmuş siyasi fəal, 06.02.1961 ci il təvəllüdlü Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. DIN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun sözlərinə görə, guya yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb və 23 mart 2020-ci il tarixində Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Yaqublu saxlanmamışdan öncə - martın 22-də “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaryanə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

Yerli insan hüquqları müdafiəçiləri bildirirlər ki, Tofiq Yaqublunun həbsi siyasi sifarişlidir və dövlət başçısı İlham Əliyevin 19 mart tarixli çıxışından sonra onun həbsi təsadüfi deyil, bu həbs birbaşa ölkə başçısı Ilham Əliyevin göstərişi ilə həyata keçirilib.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Müsavat partiyasının fəalı Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Qapalı keçirilən məhkəmədə, müdafiə hüquqları məhdudlaşdırılan Tofiq Yaqubluya hökm oxunub. O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Azərbaycan ictimaiyyəti olaraq, qurama ittihamlarla şərlənərək həbs olunmuş Tofiq Yaqublunun barəsində çıxarılan saxta məhkəmə hökmünü, Azərbaycanda müxalifətə qarşı həyata keçirilən repressiyaların davamı kimi qiymətləndirir və bunu qətiyyətlə pisləyirik. Ölkədə repressiyalara son qoyulmasını, Tofiq Yaqublunun dərhal azadlığa buraxılmasını tələb edirik.

Məhkəmənin hökmündən bir gün əvvəl, sentyabr ayının 2 dən etibarən, Tofiq Yaqublu ölüm aclıq aksiyasına başlayıb və onu dayandırmayacağını bəyan edib.

Biz, bu müraciəti imzalamaqla Azərbaycanda və dünyanın başqa ölkələrində yaşayan vicdanlı şəxsləri Tofiq Yaqublunun haqq etdiyi azadlığının əldə olunmasına dəstək verməyə çağırırıq.

Hemen destekle
İmzalar: 95Sonraki Hedef: 100
Hemen destekle