Петиция закрыта

Qeyri-qanuni balıq ovuna qarşı tədbir 2

Эта петиция собрала 88 подписантов


Cənab Nazir,
Biz, aşağıda imza edənlər yazıb Sizə bildiririk ki, Azərbaycanın təbii sərvəti olan dəniz canlıları müxtəlif qanunsuz metodlarla qırılır, məhv edilir. Mövcud qanunvericiliyə əsasən balıqların kürü tökmə vaxtında balıq ovu qadağandır. Lakin dənizdən şirin sulara kürü tökmək üçün gələn balıqların qarşısı onların yolunda qurulmuş çoxlu sayda gözləri normadan kiçik olan torlarla və ventillərlə kəsilir. Bundan əlavə balıqlar çaylarda, kanallarda və göllərdə kütləvi şəkildə elektrik cərəynı ilə vurulur, müxtəlif kimyəvi madələrlə zəhərlənir və partlayıcı maddələrlə məhv edilir. Balıqların bu cür vəhşi qaydada qırılması bir müddət sonra onların nəslinin kəsilməsinə səbəb olacaq və ekoloji fəlakətə gətirib çıxaracaq. Buna misal olaraq Mingəçevir su anbarında xərçəngin nəslinin artıq kəsilməsini göstərmək olar.
Sizin Vətənə olan sevginizi və təbiəti qorumağın tərəfdarı olduğunuzu düşündüyümüzdən Sizə müraciət etmək qərarına gəldik. Biz bu məsələdə Sizində bizimlə həmfikr olacağınıza əmin olaraq, rəhbərlik etdiyiniz qurum tərəfindən balıq nəslinin qorunub saxlanılması və artırılması istiqamətində zəruri tədbirlərin görülməsinə göstəriş verməyinizi və bu tədbirlərin tam ciddiliklə həyata keçirilməsini nəzarətdə saxlamağınızı Sizdən xaiş edirik.
Əvvəlcədən bütün təbiət sevənlərin adından Sizə minnətdarlığımizı bildiririk.



Cегодня Kutum fishing club рассчитывает на вас

Kutum fishing club нуждается в вашей помощи с петицией «Hüseynqulu Bağırov: Qeyri-qanuni balıq ovuna qarşı tədbir 2». Kutum fishing club и 87 участников этой кампании рассчитывают на вас сегодня.