Elektrik enerjisinin istifadəsinə görə, Tarif Şurasının yeni tarifləri ləğv olunsun!

Dekabr 2016-ci il tarixindən, Azərbaycan Respublikasının Tarif Şurasının qərarına əsasən, elektrik enerjisinin pərakəndə satış qiyməti 300 kvt-a qədər 7 qəpik, 300 kvt-dən yuxarı olduğu təqdirdə, 11 qəpik təşkil edir. Olunmuş şikayətlərə, sübutlara və təqdim edilmiş çek nüsxələrinə əsasən, məlum olmuşdur ki, Azərenerji ASC, Dekabr ayı üçün vətəndaşlara verdiyi çeklərdə onların son aylarda istifadə etdikləri kilovattların 2 (iki) mislində hesablama aparmışdır.

Bundan ziyadə, bu tariflər Azərbaycanın reallığından təmamilə uzaq və kosmik qiymətlərdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş 2017-ci il dəyişikliklərinə əsasən, yaşayış minimumu 155 AZN (85 $) təşkil edir və o cümlədən də, bütün pensiyaçılar da 155-200 AZN (85-110 $) arası pensiya alırlar və Azərbaycan Respublikasında 90% işləyən şəxslərin (işsizlik səviyyəsi haqda hələ susuruq) əmək haqqları 500 AZN (260 $) həddindədir.  Sadəcə məntiqlə də anlamaq mümkündür ki,  90% Azərbaycan vətəndaşı 90-100 AZN olan elektrik hesabını ödəmək  iqtidarında deyildir. Ya insanlar ailələrini ac qoyub işıq pulu verməli və ya daş dövrünə qayıdıb işıqdan imtina etməlidir. Hər 2 (iki) hal enerji ehtiyatları ilə bol olan və xaricə enerji satan neft ölkəsi olan Azərbaycan üçün utancverici ve tragi-komik bir haldır.
Bu qərarı verən təsdiqləyən və ya tariflər şurasında bu fikri təqdim edən hər bir şəxsə müraciət edib bildiririk ki, xahiş edirik Azərbaycan reallığına qayıdasınız və bəlkə də 1 aylıq 155AZN-lə tək, və ya ailə ilə 500 AZN-ə yaşamağa cəhd edəsiniz. Millət artıq acınacaqlı vəziyyətdədir, bu tariflər isə artıq kasıb vəziyyətdə yaşayan milləti təmamilə məhv etmək deməkdir. Biz bu tariflərin ləğvini tələb edirik.

This petition will be delivered to:
  • Azərbaycan Respublikasının Milli Məclisi
  • Prezident Aparatı
    Prezident
  • President of the Azerbaijan Republic
  • Parlament

Khadija Huseynjanova started this petition with a single signature, and now has 3,870 supporters. Start a petition today to change something you care about.