30 aprel buraxılış imtahanında nəyə görə haqsızlıq oldu?!

30 aprel buraxılış imtahanında nəyə görə haqsızlıq oldu?!
Bu kampanya neden önemli?
30 aprel tarixində keçirilən buraxılış imtahanı
Bu buraxılış imtahanı sadəcə 10,15 abituriyentə deyil yüzlərlə abituriyentə çətin gəldi. Və sadəcə abituriyentlər deyil müəllimlərdə etiraz edirlər. Axı niyə digər imtahanlarla müqayisədə bu dərəcədə fərq oldu? Testlərin fərqli səviyyələrdə olması uşaqların ballarına təsir edir.
İmtahanların eyni səviyyədə olmasını istəməkdən başqa əlimizdən heçnə gəlmir. Sadəcə öz haqqımızı tələb edirik ki, sualların çətinliyi arasında fərq olmasın.Ən azından blok imtahanlarında ballarımızı stabilləşdirmək üçün səviyyələr eyni olsun.
Siz , bunu oxuyan şəxslər sizin imzanızla bizim gələcəyimiz dəyişə bilər. Sualların çətinliyinə görə bəlkədə lazım olan qədər bal yığa bilməyib kənarda qala bilərik. Yəni bu dövrdə ən çox ehtiyac duyduğumuz ali təhsilimizi ala bilmərik. Bu tək bizim gələcəyimizə yox , həm də ölkəmizin gələcəyinə də təsir göstərir.
Nəzərə alsaq ki, 44 gün müharibə stresi yaşamışıq, hal-hazırda isə pandemiya şəraitində yaşayırıq və bu əksəriyyətimizə psixoloji zərbə vurur. Üstəlik online təhsilin bir çox çətinlikləriylə qarşılaşırıq. Bu deyilənləri nəzərə almağınızı və abituriyentlərə blok imtahanında güzəşt olunmasını xahiş edirik!