“Ölüxana” adı alan Sabunçu 3 saylı Klinik Xəstəxanasının əli qanlı həkimləri cəzalansın!

0 kişi imzaladı. Hedefimiz 500.


Məşhur bir söz var: “Mənə vicdasınz bir mətbuat verin, cəmiyyəti məhv edim”. Bu sözləri tamamilə Azərbaycan səhiyyəsinə transfer etmək olar. Bizə bir vicdansız səhiyyə məmurları nəsib olub və onlar cəmiyyətin məhvi üçün nə lazımdırsa əllərindən gələni əsirgəmirlər.

Ötən ilin oktyabr ayında toyuna 2 ay qalmış 24 yaşlı Cavid İmanlının qolunu arı sancdıqdan 3 gün sonra  o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Həkimə gedən C.İmanlını 1 sutqa xəstəxanada saxladıqdan sonra məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

Sabunçu 3 saylı Xəstəxananın həkimi QATİL Tağı Əliyev həbs olunmalıdı. Əməliyyata ehtiyacı olmayan adi bir müraciəti belə dəyərləndirib, işinə ciddi yanaşıb analiz də götürmədən özü anestezoloqsuz narkoz vurursa bu həkim hökmən cinayətə cəlb olunmalıdı.

 



Bugün Filman imzanı bekliyor!

Filman Həsənov bu imza kampanyası için senin desteğini bekliyor: «Cənab Prezident: “Ölüxana” adı alan Sabunçu 3 saylı Klinik Xəstəxanasının əli qanlı həkimləri cəzalansın!». Filman ve imza atan diğer 327 kişiye katıl.