Bütün tələbələrin online dərslərə qoşulmaq üçün limitsiz interneti yoxdur!

0 kişi imzaladı. Hedefimiz 2.500.


Hər kəsin evdə online dərslərə qoşulmaq imkanı yoxdur. Bunun birinci əsas səbəbi internet problemidir, lakin ən vacib məsələlərdən biri də dərs saatlarının çox olması və günə ən çox 3 saat dərs yükünün olmasıdır. Wifi ilə dərslərə qoşulan tələbələr belə o qədər müddət telefon və ya komputer arxasında əyləşə bilməzlər. Bu hər şeydən əvvəl sağlamlığımıza ciddi ziyandır və oxuduğumuz dərsin keyfiyyətinə də ciddi mənfi təsir göstərir. Mb iıə daxil olan tələbələrin isə hamısının o qədər imkanı yoxdur, hətta olsa belə mb ilə daxil olanda internetin sürəti də buna imkan vermir. Bu da tələbələr arasında ayrı-seçkiliyə gətirib çıxarır. Həm dərs materiallarının böyük əksəriyyəti pdf formatında olur, həm də tələbələr bu materialları yenə də ya telefondan ya da komputerdən oxumalı olurlar. Beləcə günün yarısından çoxu telefon ya da komputer arxasında keçir. Online təhsilin üstünlükləri olduğu kimi, mənfiləri də çoxdur. Sizdən xahişimiz bu şikayət və narahatlıqları nəzərə almağınızdır. Vahid bir sistemin tətbiq olunmasını istəyirik.