Bu gun GMO YOX de ki sabah yaxınların xəstəlikdən ölməsin!!! Скажи ГМО нет!

Bu gun GMO YOX de ki sabah yaxınların xəstəlikdən ölməsin!!! Скажи ГМО нет!
#SOS
Yan keçməyin çünkü bu bilavasitə sizə və yaxınlarınıza aiddir!
Əziz ziyalılar, millət vəkilləri, vətəndaş cəmiyyətinin mənsubları, media mənsubları!
Genafondumuz təhlükə altındadır!
Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır. Lakin buna baxmayaraq bir qrup maraqlı və səlahiyyətli şəxs tərəfindən GMO-lu yem məhsullarının istifadəsinə icazə verilməsinə dair tələb "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsində öz əksini tapıb. Bu yemlə qidalanan heyvanların məhsulları və əti ilə biz qidalanacağıq. Təhlükənin fərqində deyilik. Tədbir görülməsə sağlam gələcəyimizi unutmalıyıq!
Bu gün GMO-ya YOX deyək ki, sabah yaxınlarımızı onkoloji xəstəlklərdən itirməyək!
Bu gün GMO-ya YOX deyək ki, sabah yaxınlarımız ağır xroniki xəstəliklərdən əziyyət çəkməsin!
Bu gün GMO-ya YOX deyək ki, sabah millətimiz sağlam olsun!