Confirmed victory

Bakı dövlət universitetinin tələbələri dövlət imtahanının ləğvini xahiş edir

This petition made change with 1,820 supporters!


Bakı Dövlət Universiteti 4-cü kurs tələbələri, Boloniya sisteminə qoşulmuş qabaqcıl ölkələrin universitetlərində müşahidə olunmayan, bizim ölkəmizdə də əksər universitetlərdə ləğv olunmuş may ayının son ongünlüyündə keçiriləcək dövlət imtahanlarının bizim universtetdə də ləğv olunması ilə bağlı Təhsil naziri Mikayıl Cabbarova dövlət imtahanının ləğvi ilə əlaqədar olaraq online petisiya başladırıq. Əsas səbəblər kimi aşağıdakını göstəririk:
1. Dünya universitetlərinin praktikasında olmaması. Bu, dünya standartlarına uyğunlaşması üçün islahatlara ehtiyacı olan təhsilimizə heç bir faydasının olmadığını, əksinə bəzi xoşagəlməz hallara zəmin yaratdığını göstərir.
2. Ölkəmizdəki bir sıra universitetlərdə olmaması, bizdə saxlanılması, bizim daha çox yükləməyimizə səbəb olur, bu isə ədalətli deyil.
3. Diplom işi yazan, semestr imtahanlarına, magistr imtahanlarının ikinci mərhələsinə hazırlaşan tələbələr üçün əlavə çətinlik törədir, ümümi keyfiyyəti aşağı salır. Həmçinin bu imtahanları biz əvvəlki illərdə semestr imtahanı şəklində verdiyimizdən, dövvlət imtahanı tələbəyə yeni heç nə qatmır, yuxarıda qeyd etdiyimiz kimi tələbənin əsas yaradıcı işi olan diplom müdafiəsinə hazırlığının keyfiyyətini aşağı salır.

İştirakçıların hər biri yuxarıdakılar ilə razılaşaraq petisiyada iştirak edir və sizdən Bakı Dövlət Universitetində dövlət imtahanının ləğvini həyata keçirməyinizi xahiş edir.



Today: Məzun 2013 is counting on you

Məzun 2013 needs your help with “Bakı dövlət universitetinin tələbələri dövlət imtahanının ləğvini xahiş edir”. Join Məzun 2013 and 1,819 supporters today.