Sərhəddə qalan vətəndaşlarımız ölkəmizə geri qaytarılsın

Sərhəddə qalan vətəndaşlarımız ölkəmizə geri qaytarılsın

0 kişi imzaladı. Hedefimiz 1.000.


Bu Petisiya -koronavirus səbəbindən Rusiya-Azərbaycan sərhəddində qalan vətəndaşlarımıza qarşı bir neçə gün bundan əvvəl Rusiya polis gücləri tərəfindən göstərilən zorakılığa etiraz məqsədilə yaradılmışdır. Məlum olduğu kimi ölkə sərhəddini keçə bilməyən onlarla vətəndaşımıza qarşı güc tətbiq edilərək onların insan hüquqları kobudca pozulmuş və  təhqir olunmuşdular.
Bu səbəbdən biz Azərbaycan vətəndaşları olaraq bu petisiyanı imzalamaqla sərhəddə çətin vəziyyətdə qalan soydaşlarımızın məsul qurumlar tərəfindən ölkəmizə geri qaytarılmalarının təmin edilməsini, eləcə də ölkəmizə qarşı edilən bu hörmətsizliyə cavab tədbiri olaraq Rusiya tərəfinə xəbərdarlıq edilməsini Sizdən tələb edirik.
Hörmətlə.