AZAL-da nizamsızlıq

AZAL-da nizamsızlıq

Создано
13 июня 2022 г.
Подписей: 10Следующая цель: 25
Подписать

Почему эта петиция важна

Автор: Elchin Pashayev

Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə.

Azərbaycan Hava Yolları (AZAL) şirkətinin fəaliyyəti haqlı olaraq ölkədaxili və xarici uçuşlar həyata keçirən  vətəndaşlarımız tərəfindən illərdir şikayət edilsə də, istər AZAL rəhbəri Cahangir Əsgərov, istər AZAL-ın rəsmiləri, istərsə də Şirkətin fəaliyyətinə nəzarət edən Dövlət qurumları tərəfindən heç br reaksiyanın olmaması bu narazılıqları günbəgün artırır. Dünyada müqayisə edilməyəcək qədər yüksək qiymətlərlə avibiletlər satan Şirkətdə servis səviyyəsinin aşağı olması bir yana, bir neçə aviaşirkət istisna olmaqla, digər daşıyıcıların Azərbaycanda işləməsinə imkan verilmədiyi üçün xeyli sayda vətəndaşımız COVİD-19 pandemiyasınadək quru yoldan istifadə etməklə qonşu Gürcüstana gedərək Tbilisidən uçuşlar həyata keçiridilər. Pandemiya səbəbiylə quru yolların bağlanması bu imkanın da üzərindən xətt çəkdi. Bu azmış kimi bu günlərdə Bakı-Naxçıvan reyslərinə də qiymətlərin 20 faiz artırılması Muxtar Respublikada yaşayan  və Muxtar Respublika ilə işgüzar əlaqəsi olan vətəndaşlarımızın haqllı narazılığına səbəb olub. AZAL rəhbərliyinin, konkret Cahangir Əsgərovun qeyri-adekvat davranışları ölkə vətəndaşları və AZAL-ın xidmətindən istifadə edən xaricilər tərəfindən  KİV-də və sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlər sırasında uzun zamandan bəri birinci yerdə duraraq qalır.

AZAL-da nizam-intizam yaratmaq, Şirkətin gerçəkdən onun xidmətindən istifadə edən vətəndaşlarımızın və xaricilərin rahatlığını və qiymət əlçatanlığını təmin etmək məqsədi ilə  müvafiq qurumların işinin prezident nəzarətinə götürülməsi istiqamətində tədbirlər görülməsini Sizdən xahiş edirik!

Подписать
Подписей: 10Следующая цель: 25
Подписать