COVİD19-un tәhsil sisteminә vurduğu zәrbә nәzәrә alınaraq 100 bal limiti lәğv edilsin!

0 kişi imzaladı. Hedefimiz 1.000.


Bildiyiniz kimi, 2020-ci ilin әvvәlindәn etibarәn bütün dünyanı cәnginә almış COVID19-la mübarizә aparmaq vә ondan qorunmaq üçün beynәlxalq tәşkilatlardan tutmuş, әn kiçik müәssisәlәrә qәdәr birlәşmәyә vә virusa qarşı ümumi tәdbirlәr görmәyә çalışdılar. Hәtta mәktәblәr, universitetlәr, kurslar belә bağlanaraq, online fәaliyyәtә başladı. Online/distant tәhsil sisteminә hazır olmayan şagirdlәr isә bacardıqları qәdәr proqramı mәnimsәmәyә vә geri qalmamağa çalışdılar. Lakin bununla belә, 100-lәrlә şagird davamlı internetsizlikdәn dәrslәrә qoşula bilmәdi. Vә bu kimi sәbәblәrdәn dolayı, tәәssüf ki, distant tәhsil sistemi әnәnәvi tәhsil sistemi qәdәr effektiv deyil, bu faktı beynәlxalq sәviyyәdә aparılmış tәcrübәlәr dә sübut etmişdir. Mәhz bu sәbәbdәn dә bu il imtahan verәn şagirdlәrin kifayәt qәdәri buraxılış imtahanından yüksәk nәticәlәr әldә etsәlәr dә, blok imtahanından qoyulan 100 bal limitini keçә bilmәyib. Nәzәrә almaq lazımdır ki, pandemiya ilә әlaqәdar olaraq, DİM abituriyentlәrә müәyyәn güzәştlәrin edilәcәyini dә qeyd etmişdir.
Tәklifim budur ki, pandemiya şәraitini, elәcә dә şagirdlәrin bәzilәrinin internet sәbәbindәn dәrslәrә mütәmadi qoşula bilmәmәsini nәzәrә alaraq blok imatahanı üçün qoyulan vә abituriyentlәrә kәskin ixtisas mәhdudiyyәti yaradan 100 bal limiti lәğv edilsin, yaxud da әn azından yarıya endirilsin ki, ümumilikdә 200+bal toplamış abituriyentlәr ixtisas seçә bilsinlәr!