RƏCƏB TAYYİB ƏRDOĞAN - AZƏRBAYCAN MİLLİ QƏHRƏMANI

RƏCƏB TAYYİB ƏRDOĞAN - AZƏRBAYCAN MİLLİ QƏHRƏMANI

Başlama tarihi:
1 Aralık 2020
Muhatap:
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ZAT-ALİLƏRİ İLHAM ƏLİYEV ve 2 diğer muhatap daha
İmzalar: 16Sonraki Hedef: 25
Hemen destekle

Bu kampanya neden önemli?

Əziz xalqım !

Nəhayət ki , 30 ilə yaxın bir müddətdə erməni əsarətində , erməni tapdağı altında inləyən , can verən , ezab çəkən günahsız torpaqlarımız , ulularımızın uyuduğu ve şəhitlərimizin qanı ile suvarılan candan əziz vətənimiz Ali Baş Komandanımızın əsl sərkərdəlik dühası ve rəşadetli Azerbaycan ordusunun qəhrəmanlığı nəticəsində əsarətden azad oldu.

Yalnız torpaqlarımızmı ?

Xeyr .

 Etiraf etməsək də otuz ildir ki şərəfimiz , namusumuz , qeyrətimiz , mənliyimiz də bu əsarətdən əzilirdi və xalq olaraq başımızı çox da dik tuta bilmirdik.

Bu gün ise dünyanın   harasında olursa olsun Azərbaycan xalqının, Azərbaycan vətəndaşının başı qürurla dikəlməkdə , qazanılmış qələbə ilə fəxr etməkdədir.

Ancaq gəlin etiraf edək ki , bu qələbəde sözün həqiqi mənasında Türkiyə xalqının , bu xalqın dünyaya meydan oxuyan lideri cənab Rəcəp Tayyip Ərdoğanın da böyük bir payı vardır.

Hərkəsə aydındır ki , 2003 – cü ilə qədər də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində Türkiyə və Azərbaycan arasında çox böyük yaxınlaşma yaranmışdı.

Lakin 2003 –cü ilədək Türkiyə xalqı istəsə belə Türkiyə dövleti  Azərbaycanın haklı mübarizəsinde xüsusi yer almamışdı.

Lakin 2003 –cü ildən başlayaraq Türkiyə dövleti ile Azerbaycan arasında bütün sahələrdə çox böyük yaxınlaşma baş verdi.

Bu yaxınlaşma ise Cənab İlham Əliyev ile Cənab Rəcep Tayyip Erdoğan arasında mövcud olan qardaşlığa əsaslanırdı.

2003-cü ildən bu yana Türkiyə dövleti diğer sahələrdə olduğu kimi , hərbi əməkdaşlıq sahəsində də öz böyük dəstəyini Azerbaycan ordusuna göstərdi.

Azərbaycan ordusunun silah tehcizatı ilə , xüsusiylə Ikinci Qarabağ müharibəsində qələbənin təminatçısı olan ‘’ Bayraqdarla  ‘’ yanaşı Azerbaycan ordusunun şexsi heyyətinin döyüş hazırlığı səviyesinin yükseldilməsinde də müstesina rol oynadı.

Xüsusiylə qeyd etmek lazımdır ki , İkinci Qarabağ Müharibəsi zamanı R.T.Erdoğan bütün çıxışlarında Azərbaycan necə istəsə Azərbaycanın  yanında o halda olacaqlarını bəyan edərək , Azərbaycanı beynəlxalq təyziqlərdən qoruyaraq  qələbənin daha sürətli gərçəkləşməsinə səbəb oldu.

Əziz Xalqım !

Yəni danılmaz həqiqətdir ki , İkinci Qarabağ müharibəsinin qələbemizlə başa çatmasında  Cənab Erdoğanın da çox böyük payı vardır.

Artıq Cənab Erdoğan da Azərbaycan Respublikasının  ‘’ Milli Qəhrəmanı ‘’ adına laiq şəxsiyyətdir. Onsuz da ikinci Qarabağ  müharibəsi qələbəsindən  sona Cənab Ərdoğan Azerbaycan xalqının könüllərinin qəhrəmanına çevrilmişdir.

Əgər Prezident İlham Əliyev cənabları Azerbaycan Respublikasının ən ali mükafatı olan ‘’ Heydər Əliyev ordeni ‘’ ile təltif ettiyi ve hər zaman qardaşım dediyi cənab R.T.Ərdoğanı Azərbaycan Respublikasının ‘’ Milli Qəhrəmanı ‘’ adı ile təltif etse bu təltif iki dövlətdə təmsil olunan bütün xalqın ürəyindən olacağına qəlbimlə əminəm.

Odur ki , hər kəsin bu müraciətə qoşularaq bu müraciəti imzalamasını xaiş edirəm və  bir daha əminliyimi bildirirəm ki xalqın imzaladığı bu müraciyətin gerçəkl.şməsini Cənab İlham Əliyev böyük həvəs və istəklə təmin edəcəkdir.

''BÖYÜK TÜRKÜN DASTANI'' ƏSƏRİNİN VƏ ''LİDER'' DƏRGİSİN MÜƏLLİFİ YAZAR

GÜLƏR İSMAYILOVA (COŞQUNSOY)

Hemen destekle
İmzalar: 16Sonraki Hedef: 25
Hemen destekle

Karar Vericiler

  • AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ZAT-ALİLƏRİ İLHAM ƏLİYEV
  • Azərbaycan Respublikası Milli Məclisi
  • AZƏRBAYCAN RESPUBLİKASI VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ VƏTƏNDAŞLARI