Online dərslərdə əsas olmayan fənlərdən qiymətləndirmənin ləğv edilməsi məqsədilə

Online dərslərdə əsas olmayan fənlərdən qiymətləndirmənin ləğv edilməsi məqsədilə

0 kişi imzaladı. Hedefimiz 1.000.
1.000 imzaya ulaşıldığında, bu kampanyanın öne çıkarılan kampanyalarda yer alma ihtimali artar.
Azərbaycan Respublikasının Təhsil Naziri-cənab E.Əmrullayevə tarafına Ельнура Зиялы bu kampanyayı başlattı

Hörmətli,Emin müəllim!

Biz- ölkəmizin valideynləri adından hal-hazırki vəziyyətdə, uşaqlarımızın online dərslərdə yaşadıqları texniki və psixoloji çətinlikləri nəzərə alaraq, əsas fənlərdən başqa digər köməkçi fənlər (təsviri incəsənər, nəğmə, həyat bilgisi, bədən tərbiyəsi, texnologiya, informatika və s. kimi) üzrə tərtib olunmuş BSG, KSG və s. şəkildə online qiymətləndirmələrinin müvəqqəti olaraq(pandemiya müddəti bitənədək) tətbiq edilməsinin dayandırılmasını Sizdən xahiş edirik!

Hər kəsə məlumdur ki, şəhər və regionlarımızda yaşanan internet problemləri(zəif sürət və yaxud da internet təchizatının ümumiyyətlə olmaması), ailələrimizin maddi vəziyyətinin aşağı olduğundan şagirdlərimizin kompüterlə təmin olunmaması və digər adını çəkmədiyimiz problemlər nəticəsində uşaqlarımızın təhsilində kifayət qədər gerilələmələr yaşanır. Lakin, bu və ya digər problemlərə baxmayaraq biz -valideynlər olaraq bacardığımız qədər uşaqlarımızın təhsildən geri qalmamaları məqsədilə maksimum şəkildə əlimizdən gələni etməyə çalışırıq və Sizdən bir daha xahiş edirik ki, bu çətin və əzəmətli yolda Bizə və uşaqlarımıza dəstək olasınız. 

Dərin və böyük ehtiramla,

Azərbaycan valideynləri...

0 kişi imzaladı. Hedefimiz 1.000.
1.000 imzaya ulaşıldığında, bu kampanyanın öne çıkarılan kampanyalarda yer alma ihtimali artar.