Tarif Şurasının "Təbii qazın tariflərinin tənzimlənməsi" qərarı ləğv edilsin.

Tarif Şurasının "Təbii qazın tariflərinin tənzimlənməsi" qərarı ləğv edilsin.

0 have signed. Let’s get to 1,500!
At 1,500 signatures, this petition is more likely to get picked up by local news!
Public Initiatives Center (PIC) started this petition to Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə

Bildiyiniz kimi,  iyulun 1-dən  ADRNŞ-nin təşəbbüsü ilə  Tarif Şurası əhaliyə satılan qazın qiymətində və indiyədək mövcud olan iki pilləli tarif sistemində dəyişiklik edib. Nəticədə hər kub metr qaz  üçün 10 qəpik tarifi yalnız ildə 1200 kub metr qaz sərfiyyatı olan ailələrə şamil olunacaq. Halbuki,  bundan əvvəl ən aşağı tariflə  2200 kub metrədək qaz istehlak etmək mümkün idi. Hazırda isə ildə 1200 kub metrdən 2500 kub metrədək qaz sərfiyyatı olan ailələr hər kub metrə görə 20 qəpik,  2500 kub metrdən çox qaz istehlakçıları isə artıq olan hər kub metrə görə 25 qəpik ödəyirlər.

Vaxtılə iki pilləli tarif sistemi qurulanda hər kub metr üçün 10 qəpik limiti 1700 kub metrdədək tətbiq olunurdu. Sonradan məhz aztəminatlı ailələrdə qaz istehlakına görə yaranan borcları azaltmaq üçün Tarif Şurasının 30 aprel 2019 cü il tarixli iclasında limit 1700 kub metrdən 2200 kub metrə qaldırdı. Hazırda isə bu limit başlanğıc səviyyəsindən də 500 kub metr aşağı salınaraq 1200 kub metr müəyyənləşdirilib. 

Biz bu müraciəti imzalayanlar hesab edirik ki, Tarif Şurasının qərarı sosial ədalətsizliyə xidmət edir və hazırkı dövrün tələblərinə uyğun deyildir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, 2021-ci ilin yanvar-may aylarında  əhalinin hər nəfərinə düşən nominal gəlirlər  ötən ilin eyni dövrünə  nisbətən 1,3 faiz, orta aylıq nominal əməkhaqqı 1,9 faiz azalıb. Bu dövrdə istehlak qiymətlərinin indeksi 4,2 dəfə artıb. Bu o deməkdir ki, əhalinin alıcılıq qabilyyəti ən azı 5,5 faiz aşağı düşüb. Belə olan halda əksər istehlakçılar xüsusilə də aztəminatlı təbəqələr, pensiyaçılar, işsizlər, hətta aşağı əmək haqları ilə işləyənlər qaz tarifinin və limitinin dəyişdirilməsindən yaranan əlavə xərcləri qarşılaya bilməyəcəklər, çünki, son zamanlar  bahalaşma  yalnız kommunal xidmətlərdə deyil, ərzaq malları və dərman preparatlarında da qeydə alınıb.  Odur ki, Tarif Şurasının son qərarı aztəminatlı  ailələrin  büdcəsinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq. 

Xüsusilə də COVİD pandemiyası dövründə, belə həssas durumda əvvəlki dövrə nəzərən pisləşən sosial durumu nəzərə almadan verilən qərarlar hakimiyyətə etimadsızlığı gücləndirəcək, hökümətlə xalq arasında uçurumu dərinləşdirəcək və yaşayış şərtlərini xeyli pisləşdirəcək. Bu isə cəmiyyətdə  sosial gərginliyi və hakimiyyətdən narazıların sayını çoxaldacaq. 

ARDNŞ Tarif Şurasına müraciətində qaz  tariflərlərinin  artırılmasını  "Azəriqaz" İstehsalat Birliyinin  zərərlə işləməsi ilə izah edir. Əslində isə bir dəfə də olsun maliyyə hesabatını, maliyyə fəaliyyətini auditor yoxlamasını dərc etməyən “Azəriqaz” İstehsalat Birliyi maya dəyərini davamlı olaraq  şişirdir. Bu istehsalat birliyinin, eləcə də qazın nəqli ilə məşğul olan təsərrüfat subyektlərinin  fəaliyyətinin maliyyə diaqnostikasını təşkil etdirsəniz, özünüz də əmin olacaqsınız ki, zərərin əsas səbəbi həmin sektorlarda pis idarəçilik, təsərrüfatsızlıq, möhtəkirlik və korrupsiyadır.

Odur ki, biz,  bu müraciəti imzalayanlar, neft və qaz səltənəti olan Azərbaycan vətəndaşları,  sizdən yuxarıda qeyd olunanları nəzərə alıb, Tarif Şurasının 30 iyun 2021-ci il tarixli “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarının ləğvini xahiş edirik.

0 have signed. Let’s get to 1,500!
At 1,500 signatures, this petition is more likely to get picked up by local news!