125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin nəticələri ləğv olunsun!

0 kişi imzaladı. Hedefimiz 1.500.


125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin nəticələri ləğv olunsun !
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Ötən ilin sonunda Milli Məclis üzvləri parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət etdi.Müraciətdən sonra Cənab Prezidentin imzaladığı sərəncamla bu il fevralın 9-da növbədənkənar parlament seçkiləri təyin olundu.
Bu sərəncamdan sonra Zəngilan-Qubadlı camaatı sidqi ürəkdən inanırdı ki,bizim camaatda islahatlardan öz payını alacaq.Ümid edirdik ki,25 ildir,yarıtmaz fəaliyyəti ilə tanınan,seçildiyi bölgənin İnsanlarına laqeyd yanaşan İmamverdi İsmayılovu çalışqan,seçicilərinə can yandıran başqa deputat əvəz edəcək.
Ancaq təəssüf ki,bu seçkilər bizim ümidimizi doğrultmadı.Səsvermə günü səsimizi başqa namizədlərə versək də,qutudan yenə İmamverdi İsmayılov çıxdı.Həmin gündən başlayaraq,sosial şəbəkələrdə yayılan çoxsaylı video-görüntülər və fotolar bir daha göstərdi ki,İmamverdi İsmayılov hansısa xırda məmurları satın almaqla böyük saxtakarlığa gedib.Seçki qutularına toplu bülletenlər atdırmaqla,qutudan çıxan bülletenləri öz adına saydırmaqla və məntəqə sədrlərinin başqa seçki cinayətləri ilə özünü bizim dairədən qalib kimi çıxmasına nail ola bildi.
Cənab Prezident!
Xahiş edirik ki,bu ədalətsizliyin aradan qaldırılması üçün göstəriş verəsiniz.
Eyni zamanda Baş vermiş ciddi qanun pozuntularını ,seçki cinayətlərini nəzərə alaraq,Mərkəzi Seçki Komissiyasının 125 Saylı seçki dairəsinin nəticələrini ləğv etməsini xahiş edirik.