Şəhid general Polad Həşimov Şəhidlər Xiyabanında dəfn olunmalıdır !

Şəhid general Polad Həşimov Şəhidlər Xiyabanında dəfn olunmalıdır !

0 людей подписали. Следующая цель: 500
Когда эта петиция соберет 500 подписей, она вероятнее всего будет отображаться в подборке рекомендуемых петиций!
EMIN HUSEYNOV создал(а) эту петицию, адресованную Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə

Şəhid general Polad Həşimov Şəhidlər Xiyabanında dəfn olunmalıdır !

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş cəsur döyüşçü, general Polad Həşimovun xidmətlərini nəzərə alaraq onun nəşinin Şəhidlər Xiyabanına köçürülməsinə çağırırıq, ölkə prezidenti və Ali Baş Komandan kimi buna göstəriş verməyinizi istəyirik.

Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Baş Qərargah rəisi, general-mayor Polad İsrail oğlu Həşımov 2020-ci ilin iyulun 14-də Tovuz rayonunda cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

General Həşımov xidmət yoldaşları və keçmiş hərbi qulluqçular arasında böyük nüfuza və hörmətə sahib idi, Qarabağ müharibəsində iştirak edib, 2016-cı ilin aprelində Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda xüsusilə fərqlənib, çoxsaylı mükafatlara layiq görülüb.  Həşimov müstəqil Azərbaycanın bilavasitə döyüş zamanı həlak olan ilk və yeganə generalıdır.  

Generalı son mənzilə minlərlə insan yola salıb, bu da ona olan sevginin və vətən qarşısında xidmətlərinə hörmətin göstəricisidir.

Bizə bəlli olmayan səbəblərə görə Bakının mərkəzində Şəhidlər Xiyabanında və ya Fəxri Xiyabanda dəfn edilməli olan general Həşimov Yasamal qəbiristanlığında dəfn edilib. Bu günlərdə isə Azərbaycanın ən korrupsioner məmurlarından biri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, Azərbaycan xalqı qarşısında heç bir ciddi xidməti olmayan deputat Fəttah Heydərov Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan xalqı bu ədalətsizliyi kəskin şəkildə pislədi. Sosial şəbəkələrdə minlərlə insan vətən uğrunda canından keçən xalqın sevimlisi olan hərbi qəhrəmanın gözdən uzaq yerdə, xalqın malını talayaraq milyardlar oğurlayan mafioz ailənin başçısının isə ən görkəmli şəxsiyyətlərin uyuduğu Fəxri Xiyabanda dəfn edilməsinə tarixi ədalətsizlik kimi kəskin etiraz etdi.

Biz, aşağıda imza edənlər hesab edirik ki, general Polad Həşimov İkinci Dünya Müharibəsi zamanı həlak olan yeganə azərbaycanlı general Həzi Aslanovun məzarının yanında, Şəhidlər Xiyabanında dəfn edilməlidir. General Polad Həşimovun general Həzi Aslanov və digər qəhrəmanlarla yanaşı Şəhidlər Xiyabanında dəfn edilməsi Azərbaycan xalqına, gənc nəslə onun məzarını maneəsiz ziyarət etməyə, həmçinin müharibə şəraitində yaşayan ölkədə ciddi ehtiyat duyulan döyüş əhval ruhiyyənin yüksəlməsinə imkan yaradacaq.

0 людей подписали. Следующая цель: 500
Когда эта петиция соберет 500 подписей, она вероятнее всего будет отображаться в подборке рекомендуемых петиций!