Cümhuriyyətin ilk paytaxtı Gəncədə "CÜMHURİYYƏT" park-xiyaban kompleksi yaradılsın.

0 людей подписали. Следующая цель: 1 000


Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə.

Hörmətli cənab prezident!

Bu il Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyidir.
Dövlət başcısı olaraq Sizin bu yubileylə bağlı müxtəlif tədbirlərin keçirilməsi haqda sərəncam imzalamağınız olduqca gözəl bir  addımdır!
Sərəncamınıza əsasən, bu tarixlə bağlı çeşidli layihələr hazırlanır, verilişlər, filmlər çəkilir, elmi əsərlər, tarixi kitablar çap edilir və s.
Bunlar hamısı çox vacib və təqdirə layiqdir.

Bunlarla yanaşı, Azərbaycan vətəndaşları olaraq, Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir  təşəbbüsün reallaşmasını olduqca vacib sayırıq.
Bildiyiniz kimi, bolşevik işğalından sonra Cümhuriyyət liderlərinin bir çoxu ya öldürüldü, ya da mühacirət etməli oldu.
Onu da gözəl bilirik ki, Cümhuriyyət liderlərinin yetərincə böyük hissəsi və o dövrün tanınmış ictimai-siyasi fiqurların bir çoxu Cümhuriyyətin ilk paxtaxtı olan Gəncədə böyüyüb, boya-başa çatıb, orada formalaşmışdı.
Təqiblər və ədalətsiz, məhkəməsiz edamlar ucbatından məcburən mühacirətə gedən millət fədailəri vətən eşqi ilə yana-yana, son nəfəslərinə kimi "Azərbaycan" deyə-deyə, bu Vətəni azad görüb, sonra ölmək kimi həyatlarının ən böyük arzularına yetişmədən, qərib ölkələrdə haqq dünyasına qovuşdular...
Onlar bolşevik işğalı səbəbiylə doğma yurdlarına həsrət qaldılar, ölüm yatağında olanda "Ölməyə Vətən yaxşı" desələr də, son mənzillərində rahat uyumaq üçün, vətən torpağında dəfn olunmağa belə həsrət qoyuldular...

Bəs indi biz, dövlət olaraq rəsmən Azərbaycan Cümhuriyyətinin varisi ola-ola, onları öz vətənlərinə, doğma yurdlarına qaytarmalı deyilikmi?
Bu dövləti canı-qanı bahasına yaradanlara olan borcumuzu verməli deyilikmi?
Verməliyik, düşünürük ki, mütləq verməliyik!
Hesab edirik ki, Cümhuriyyət qurucuları və millət fədailəri öz doğma yurdlarına qaytarılıb, canlarından çox istədikləri bu vətən torpağında bütün xalqın iştirakı ilə böyük ehtiram və coşqu ilə dəfn edilməlidirlər.
Təklif edirik ki, bu məqsədlə Gəncədə, Cümhuriyyətimizin ilk paytaxtında və vətən mücahidlərinin bir çoxunun bu doğma şəhərində ayrıca yeni bir "Cümhuriyyət" park-xiyaban kompleksi yaradılsın.
Qürbətdə olan və ailələri tərəfindən razılığı olan bütün Cümhuriyyət mücahidlərimizin nəşini gətizdirib, orada dəfn etmək lazımdır.
Bir çoxlarının özlərinin belə vəsiyyətləri olub, bildiyimiz qədər...
Əminik ki, bu onların mübarək ruhlarını olduqca çox şad edər!

Cümhuriyyətimizin 100 iliyi ilə bağlı bundan gözəl addım düşünmək çətin olar...

 



Cегодня Müzadil рассчитывает на вас

Müzadil Həsənov нуждается в вашей помощи с петицией «Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə: Cümhuriyyət qurucularının və millət fədailərinin nəşləri Vətənə qaytarılsın!». Müzadil и 766 участников этой кампании рассчитывают на вас сегодня.