Bakı - İsmayıllı sərnişindaşıma haqqı azaldılsın!

0 kişi imzaladı. Hedefimiz 200.


Özet: “Azerbaijan Ground Services” MMC tərəfindən həyata keçirilən Bakı - İsmayıllı arası avtobus sərnişindaşıma qiyməti Azərbaycan Respublikasının Tarif Şurasının təyin etdiyi qiymətə uyğun deyil.

Kişisel hikaye: Polad Həbibov

Konu: “Azerbaijan Ground Services” MMC tərəfindən həyata keçirilən Bakı - İsmayıllı avtobus sərnişindaşıma qiyməti Azərbaycan Respublikasının Tarif Şurasının təyin etdiyi qiymətə uyğun deyil. Belə ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli qərarı ilə, şəhərlərarası sərnişindaşıma xidməti hər km üçün 2,4 qəpik olaraq təsdiq edilmişdir (http://www.tariffcouncil.gov.az/?/az/content/184/, 6-cı bənd). Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı və İsmayıllı şəhərləri arasındakı məsafə 185 km-dir (https://www.stat.gov.az/map/az/11_2/) və xüsusən əsaslı təmirdən sonra, gediş və gəliş üçün bir qayda olaraq, bu yoldan istifadə olunur (söhbət, Bakı - Şamaxı - İsmayıllı yolundan gedir). Lakin naməlum səbəblərdən, “Azerbaijan Ground Services” MMC Bakı - İsmayıllı arası məsafəni 260 km olaraq göstərir (http://groundservices.az/index.php?mi=3&racetype=1 , çox güman ki, bu, hazırda İsmayıllıya və əks istiqamətdə gediş üçün istifadə olunmayan Bakı - Kürdəmir - İsmayıllı yolunun uzunluğudur). Nəticə olaraq, Bakıdan İsmayıllıya və əks istiqamətdə hərəkət edən sərnişinlər gedilən məsafənin müqabilində 4,44 AZN ödəməli olduqları halda, 6,20 AZN ödəməli olurlar. Bu problem, Tarif Şurasının deyilən qərarı təsdiqlənəndən bu günə kimi davam edir və sərnişinlərdən əsassız olaraq əlavə pul alınmış olur.

Harekete geç! Bu problemin aradan qaldırılması istər İsmayıllı sakinləri, istərsə də Bakıdan İsmayıllıya (və ya əksinə) gedən bütün sərnişinlər - qonaqlar, turistlər və s. üçün olduqca vacibdir, belə ki, məsələ öz hüquqi həllini tapdıqdan sonra həm sərnişinlər əsassız artıq ödəniş etməkdən azad olmuş olacaqlar, həm də Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları öz hüquqi əksini göstərmiş olacaqdır. Bu səbəbdən, məsələnənin işıqlandırılması və problemin aradan qaldırılması üçün hər kəsi səs verməyə və haqqımızı tələb etməyə çağırıram!