Hörmətli millət vəkilləri, aylıq fəaliyyətinizi seçicilərlə MM-in rəsmi saytında paylaşın.

0 kişi imzaladı. Hedefimiz 500.


Hörmətli vətəndaşlar!

Ölkədə bu qədər problem olduğu halda millət vəkillərinin bu problemlərə göz yummaqları, xalqın səsini təmsil etməli olduqları halda vətəndaşları əllərinə düşən bütün fürsətlərdə alçaltmaqları, vətəndaşlar üçün önəmli olan heç bir məsələyə münasibət bildirməməklərini nəzərə alaraq haqlı olaraq onların bizim ölkənin millət vəkilləri olmaqlarına şübhə ilə yanaşıram. Yersiz açıqlamaları ilə sosial mediada özlərini tez-tez gülüş hədəfinə çeviririlər. Vətəndaş olaraq bu məni olduqca narahat edir. Aldıqları az məvacibə rəğmən müəllimlər, həkimlər mütəmadi müxtəlif növ yoxlamalara cəlb edildiyi, dövlət qulluqçuları imtahanla seçildiyi bir zamanda millət vəkillərinin bəziləri özlərinin "yüksək intellekti və dünyagörüşü" ilə bizi vətəndaş olaraq çarəsiz vəziyyətə salırlar. Mən şəxsən vətəndaş olaraq hesabatlılıq tələb edirəm. Bilmək istəyirəm ki, bugün hər hansı rayondan millət vəkili seçilmiş şəxs bir ay ərzində seçiciləri (vətəndaşlar) üçün nə iş görür. Təklif edirəm ki, hər ay millət vəkilləri gördükləri işləri Milli Məclisin rəsmi saytında özlərinə aid bir hissədə yerləşdirsin və vətəndaşlar bu hesabatlarla tanış ola bilsin.