Ayanında yaşamaq haqqı var!

0 людей подписали. Следующая цель: 2 500


Əziz həmvətənlərimiz!

30 sentyabr 2015-ci il təvvəllüdlü İbrahimova (Gözəlova) Ayan Roman qızına B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Leykemogenez labratoriyasında qanın bədxassəli xəstəliyi olan kəskin leykozun mioblast variantı olan M2 dərəcəli diaqnozu qoyulmuş və sümük iliyinin nəqli əməliyyatının həyata keçirilməsinin vacib olduğu bildirilmişdi.

Ayanın diaqnozunun dəqiqləşdirilməsi üçün Russiyanın Rostov vilayətində yerləşən Morozovskaya Uşaq Şəhər Xəstəxana müraciət edilmişdir. Xəstəxanada müayinələr zamanı Ayanın diaqnozunu daha da ağır dərəcəli olan kəskin leykozun mioblast variantı olan M7 diaqnozu olduğu bildirildi və sümük iliyinin nəqli əməliyyatının həyata keçirilməsinin vacib olduğu bildirilmişdi.

Azərbaycanda yeganə dövlət hesabına sümük iliyinin nəqli ilə məşğul olan Respublika Talassemiya Mərkəzinə müraciət edildikdə Mərkəzin rəhbərliyi tərəfindən Ayanın ailənin tək övladı olduğu və Azərbaycan Respublikasında sümük iliyinin nəqli əməliyyatının yalnız bacı-qardaşdan mümkün olduğu izah edilmişdi.

Ayana xarici ölkələrin birində sümük iliyinin nəqli əməliyyatının keçirilməsi üçün kömək göstərilməsinən bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinin Saatlı rayon üzrə deputatı Əflatun Amaşova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevaya və Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edilmişdir.

Yuxarıda adı çəkilən qurumlar bütün müraciətləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə yönəldmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyidə Ayanın müalicə edilməsinən bağlı xəstəliyinin ağırlıqı ilə bağlı heç bir normal şəraiti olmayan Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstituna yönəltmişdir.

Ayan 4 aydan artıqdır Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunda stasionar şəkildə həyatla mübarizə aparmasına baxmayaraq onu remissiya vəziyyətinə salmaq mümkün olmamış və kimyaterapiya Ayanın daxili orqanlarınıda zədələmişdir.

Özünü "Ayana dəstək" könüllülər qrupu sosial şəbəkələrdə "Ayanı xilas edək" adlı səhifə yaradmış və 2 aydan artıq müddətdir ki, Ayanın bütün maddi tələblərini həmin səhifələrdən əldə olunan gəlirlərlər ödənilir.

Kimyaterapiya Ayanın daxili orqanlarını zədələdiyi üçün Ayanda daxili qanaxmalar olur və həmin qanaxmaları dayandırmaq üçün mütəmadi olaraq trombosit kütləsi vurulur. Həftənin bayram, şənbə və bazar günləri Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi Qan Bankı fəaliyyət göstərmədiyinən Ayana trombosit kütləsi 500 manat ATU-nun Tədris Cərrahiyə Klinikasından alınır. Təkcə son 1 ayda trombosit kütləsinə 1450 manat pul xərclənmişdir.

Edilən bütün səylərə baxmayaraq hər şey tükəndiyi kimi Ayana ianə kimi toplanan maddi vəsaitdə tükənmək üzrədir lakin heç bir ciddi irəlləyişə nail olmamışıq.

Özümüzü "Ayana dəstək" könüllülər qrupu adlandıran qrup olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyevə açq məktubla müraciət edərək bildirmək istəyirik ki, bizim yaşamaq haqqı olduğumuz kimi Ayanında yaşamaq haqqı var!



Cегодня Nəbi рассчитывает на вас

Nəbi Nəbiyev нуждается в вашей помощи с петицией «Azərbaycan Respublikasının : Ayanında yaşamaq haqqı var!». Nəbi и 2 280 участников этой кампании рассчитывают на вас сегодня.