Tarif Şurasının 1 kub metr suyun əhali üçün 2 dəfə bahalaşmasına dair qərarı dayandırılsın

Tarif Şurasının 1 kub metr suyun əhali üçün 2 dəfə bahalaşmasına dair qərarı dayandırılsın

0 людей подписали. Следующая цель: 1 000
Когда эта петиция соберет 1 000 подписей, она вероятнее всего будет отображаться в подборке рекомендуемых петиций!
Public Initiatives Center (PIC) создал(а) эту петицию, адресованную Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat Naziri Mikayıl Cabbarova

Sizin rəhbərlik etdiyiniz  Tarif (qiymət) Şurasının 31.01.2021-ci il tarixli qərarı ilə fevralın 1-dən  bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

“Azərsu” ASC Şuraya müraciətində bildirir ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır.

Tarif Şurası  “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxıb,  su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması məqsədilə Səhmdar Cəmiyyətin müraciətiniəsaslı hesab edərək,  əhaliyə bir kub metr su təchizatının tarifini  2 dəfə artırıb. 

Biz, bu müraciəti imzalayanlar hesab edirik ki,  sizin rəhbərlik etdiyiniz Tarif (qiymət) Şurasının 31.01.2021-ci il tarixli qərarı ilə bir kub metr su təchizatının tarifi əhali qrupu üçün 2 dəfə artırılması düzgün əsaslandırılmayıb, Şuranın Əsasnaməsində nəzərdə tutulan vəzifə və hüquqlar icra olunmadan,  ekspert və məsləhətçilərin rəyləri nəzərə alınmadan, istehlakçıların mənafeyi gözlənilmədən, əhalinin alıcılıq qabliyyəti optimallaşdırılmadan  birtərəfli qaydada  verilib.

Belə ki,  Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin  2.1.5. bəndinə uyğun olaraq Tarif (qiymət) Şurası  tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılmasına,  2.1.8. bəndinə uyğun olaraq ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlayaraq irəli sürməyib.  Bununla yanaşı, Əsasnamənin  2.1.9. maddəsində nəzərdə tutulan kimi qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrini tənzimləmənin zəruriliyi və məqsədi barədə məlumatlandırsa da,  mətbuata bu qərarın  mümkün nəticələrinə dair açıqlama verilməyib.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin  3.1.2. bəndində göstərilir ki,   Şurada baxılan məsələlərlə bağlı Şuranın və Şuranın Katibliyinin iclaslarına ekspert və məsləhətçilər cəlb etmək və digər tədbirlər həyata keçirmək hüququ vardır. Şuranın bu hüququ olsa da Tarif Şurası ya ondan istifadə etməmiş, ya da istifadə etdiyi halda isə ekspertlər və məsləhətçilərin kimliyi barədə məlumatları gizli saxlamaqla şəffaflıq və hesabatlıq tələblərini  pozmuşdur.

Bütün bunlardan əlavə, Tarif (qiymət) Şurası onun  haqqında Əsasnamənin   3.1.5. qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmayıb. Belə ki, nə bazarın istehlakçı mövqeyindən  suyun keyfiyyəti və fasiləsiz təchizarı ilə bağlı tələbləri, eləcə də onların alıcılıq qabliyyətinin ötən illə müqayisədə hazırkı durumu nəzərə alınmayıb.

Biz hesab edirik ki,   Tarif (qiymət) Şurası  bu qərara məsuliyyətlə yanaşmayıb, qərar qəbul edərkən onun əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirməyib. Belə ki,  2020-ci il üzrə əhalinin nominal gəlirlərinin 1,8 faiz, ötən ilin 11 ayında orta aylıq nominal  əmək haqqının  1,2 faiz aşağı düşdüyünü, 2,8 faiz inflyasiyanı  nəzərə alanda qiymət artımının istehlakçıların 97 faizindən çoxunun büdcəsinə təsir etdiyini nəzərə alanda Tarif Şurası   “Azərsu” ASC-nin bu təklifini  rədd etməli idi.

Odur ki, Tarif (qiymət) Şurasının 31.01.2021-ci il tarixli qərarın  kənar ekspert və məsləhətçilərin rəyi nəzərə alınmadan  korporativ maraqlardan çıxış etməklə  birtərəfli  qaydada verildiyini,  “Azərsu” ASC-ə xərclərini azaltmaq üçün təkliflər irəli sürülmədiyini,  ötən il ərzində əhalinin  nominal gəlirlərinin, eləcə də respublika üzrə orta aylıq nominal əmək haqqının aşağı düşdüyü halda  alıcılıq qabiliyyəti baxımından optimallığın  qiymətləndirilmədiyini,  bazarın tələbinin öyrənilmədiyini, onun iqtisadi cəhətdən ədalətsiz olduğunu əsas götürərək, bu qərarın qəbulunda və təqdimatında hesabatlıq, informasiyalara çıxış və şəffaflıq standartlarının pozulduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin  3.1.4.-cü bəndinə əsasən sizdən rəhbərlik etdiyiniz Şuranın  31.01.2021-ci il tarixli qərarına yenidən baxıb, onun dayandırılmasını xahiş edirik.

0 людей подписали. Следующая цель: 1 000
Когда эта петиция соберет 1 000 подписей, она вероятнее всего будет отображаться в подборке рекомендуемых петиций!