Təhsil əyani şəkildə davam etdirilsin

0 kişi imzaladı. Hedefimiz 1.000.


Əziz tələbələr, şagirdlər, müəllimlər və təhsilə önəm verən bütün vətəndaşlar, səsiniz səsimizdir! Ölkəmizdə baş verən pandemiya təlim-tədris prosesinin distant üsulda keçirilməsinə səbəb oldu. Distant üsulda olan təhsilin keyfiyyəti bizləri qane etmir! Effektiv deyil. Bölgələrdə yaşayan tələbə və şagirdləri nəzərə aldıqda bu proses həyata keçirilə bilmir. Onlar təhsildən kənar qalır. Bəzi praktik dərslərin keçirilməsində problem yaranır. Universitetlərin,   kolleclərin, məktəblərin, baxçaların ənənəvi üsulda olması üçün əllərinizi bizə uzadın, "tək əldən səs çıxmaz" deyərək səsvermədə iştirak edin. Hər bir addımınız biz gənclərin gələcəyi, ümididir!

Təbii ki, karantin rejim qaydalarına da əməl olunacaq. Qapalı məkanlarda maska qadağası tətbiq edilsin. Təhsilimiz əyani davam etsin