Zorakılıq edən polislər cəzalandırılsın!

0 kişi imzaladı. Hedefimiz 1.500.


 Ölkə vətəndaşlarına qarşı davamlı şəkildə baş verən polis zorakılıqları artıq, adi hal almaqdadır. İyunun 6-7-də  paytaxt Bakı ilə bərabər Sumqayıt, Gəncə, Lənkaran şəhərləri, eyni zamanda Abşeron rayonunda tətbiq olunan sərt karantin reyimi vətəndaşlara qarşı polis zorakılıqları ilə müşaiyət olunub. Sosial şəbəkələrdə çox sayda polis zorakılıqlarını sübut edən video görüntülər və statuslar paylaşılıb. İyunun 6-da  Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsi, 13 ünvanda polislər tərəfindən bir nəfər vətəndaşın kobud şəkildə zor tətbiq edilərək həbs olunmasına dözüm göstərə bilməyən çoxmərtəbəli bina sakilərinin polis maşınının üstünə zibil torbaları atmasına görə ertəsi gün səhər tezdən həmin məhəlləyə "Çevik Polis Alayı"nın yeridilib. Çoxlu sayda polislər  sakinlərin mənzillərinə daxil olaraq insanları yarımçılpaq vəziyyətdə qadınlarin, uşaqların gözləri qarşısında alçaldaraq və  zorakılıq tətbiq edərək həbs ediblər.

Biz bu sənədi imza edənlər  son günlər baş verən polis zorakılıqlarını qətiyyətlə pisləyərək dərin narahatlığımızı bildirir və ölkə prezidenti İlham Əliyevdən  dərhal baş verən hadisə ilə əlaqədar araşdırma aparılmasını, eyni zamanda xüsusi təhlükə yaratmayan məhəllə sakinlərinin üzərinə "Çevik Polis Alayı" yeridillməsinə göstəriş verənlərlə bərabər, dinc insanlara qarşı qeyri-adekvat güc, zorakılıq tətbiq edən, həbs olunanları ailə üzvlərinin qarşısından təhqir edib, alçaldan və onların mülkiyyət toxunulmazlığını pozan polislərin də cəzalandırılmasını xahiş edirik.