Gəncədə Aztelekom inhisarçılığına son qoyulsun və bütün provayderlər bazara buraxılsın

0 людей подписали. Следующая цель: 500

Orxan Ismayilov
Orxan Ismayilov подписал(а) эту петицию

Gəncə şəhərində  özəl internet provayderlərin haqsız olaraq sıxışdırılması və yalnız "Aztelekom"-un adsl xidmətləri göstərməsi inhisarçılığa, baha və keyfiyyətsiz xidmətə səbəb olur. ADSL texnologiyasının köhnəlmiş olduğunu nəzərə alsaq artıq hər bir abonentin fiberoptik internetlə təmin olunmasına ehtiyac yaranır. Gəncədə mis rabitə xəttləri tamamilə ləğv edilməli, əvəzində müasir fiberoptik şəbəkə hər bir abonentin ünvanına çəkilməlidir. Yeni texnologiyanın tətbiqi adı ilə yalnız telefon nömrələrini dəyişməklə özəl provayderlərə yer vermərəyək abonentləri fakt qarşısında qoyaraq onlara yalnız Aztelekom provayderinə qoşulmaq üçün şərait yaradılması inhisarçılıqdır. Aztelekom-un baha və keyfiyyətsiz xidmətindən narazı qalan hər bir şəxsə bu petisiyaya qoşulmağı təklif edirəm. İnternetin inkişafına dair Yol Xəritəsi proqramına uyğun olaraq Gəncə şəhərinin tam olaraq fiberoptik şəbəkə ilə təmin olunmasını, fiberoptik şəbəkəyə bütün abonentlərin çıxışının təmin olunmasını və Gəncə şəhərində internet xidmətləri bazarında bütün provayderləin azad və haqlı rəqabət prinsipləri əsasında iştirakına şərait yaradılmasını tələb edən bu petisiyaya qoşulun!