Türk malları idxal rüsumlarından azad olunsun!

0 kişi imzaladı. Hedefimiz 1.500.


Təklif edirik ki, Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad olunsun. MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara gömrük rüsumları tətbiq olunmur. Belə olan halda Türkiyədən gətirilən mallar gömrük rüsumlarının tətbiqi haqsız rəqabət yaradır, iqtisadi ədaləti pozur. Hazırda Türkiyədən Azərbaycana gətirilən mallara ƏDV ilə yanaşı 15 faizə qədər gömrük rüsumları tətbiq olunmalıdır.  Hesab edirəm ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallara və xidmətlərə idxal zamanı gömrük rüsumları hesablanmamalıdır.  Milli Məclis 31 may 2020-ci ildə "Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi"ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Bu güzəştin yalnız 15 adda seçilmiş mallara deyil, bütün idxal mallarına tətbiqi Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin inkişafına və ölkəyə daha çox türk malının gətirilməsinə səbəb ola bilər. Bu həmçinin türk istehsalı olan malların qiymətlərinin də ucuzlaşmasını şərtləndirərdi. Bununla biz keyfiyyətsiz Çin mallarının idxalının qarşısını ala bilərik. Bu həmçinin istehlak bazarında qiymətlərin  sabitliyinə və rəqabətə gətirib çıxara bilər. Eyni zamanda da sahibkarları əlavə xərclərdən azad edərdi. 

Odur ki, Aidiyyatı dövlət orqanlarına sual edirik ki, ermənilərə hərbi və siyasi  dəstək verən Rusiyaya gömrük rüsumlarına görə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın?

Eyni zamanda a istehlakçıları və sahibkarları bu  petisiyanı imzalamağa çağırırıq.