Azərbaycan Respublikasının Tarif Şurasının son qərarı ilə bağlı müraciət

0 людей подписали. Следующая цель: 5 000


Azərbaycan Respublikası İqtisadiyyat Naziri Şahin Mustafayevə Tarif Şurasının nəqliyyat vasitələrinin gediş haqqlarının qaldırılması ilə bağlı vətəndaşlardan müraciət.

Salam, hörmətli Şahin bəy Mustafayev. Sizə vətəndaş cəmiyyətinin təşəbbüs qrupu adından açıq petisiya formasında yazıb müraciət etmək istəyirik ki, Tarif Şurasının ictimai nəqliyyat vasitələrinin gediş haqqlarının 1 avqust 2018-ci il tarixindən qaldırılması ilə bağlı 30 iyul 2018-ci il tarixli qərarıyla bağlı bir sıra təklif və tələblərimizi irəli sürürük:

  1. Sosial müdafiəsiz təbəqəyə güzəştlər tətbiq edilsin (tələbələr, məktəblilər, standart olaraq müəyyən edilmiş orta aylıq əmək haqqından az əmək haqqı alan şəxslər).
  2. Təqaüdçülər, müharibə veteranları və əllillər üçün kitabçalar bərpa edilsin və onların nəqliyyatdan istifadəsi pulsuz olsun.
  3. Birinci bənddə göstərilən şəxslər üçün xüsusi gediş kartları təqdim edilsin.
  4. Ədalət prinsipini qorumaq və saxtakarlıqdan sığortalanmaq üçün güzəştli kartlarla kartın sahibindən başqa insanların istifadəsi qadağan edilsin.
  5. Digər şəxslər üçün gediş haqqı 30 qəpik təşkil etsin.
  6. Bütün avtobus dayanacaqlarında BakıKart terminalları quraşdırılsın
  7. Texniki məsələlər həll olunana qədər gediş haqqı köhnə tariflə, yəni 20 qəpikdən hesablansın.

    Diqqətinizə görə təşəkkür edirik!


Cегодня Kamran рассчитывает на вас

Kamran Kazımi нуждается в вашей помощи с петицией «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: Azərbaycan Respublikasının Tarif Şurasının son qərarı ilə bağlı müraciət». Kamran и 3 388 участников этой кампании рассчитывают на вас сегодня.