FreeThemAll/HamısınıAzadEt

FreeThemAll/HamısınıAzadEt

0 kişi imzaladı. Hedefimiz 1.000.
1.000 imzaya ulaşıldığında, bu kampanyanın öne çıkarılan kampanyalarda yer alma ihtimali artar.
Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralov ve tarafına Mete Turksoy bu kampanyayı başlattı
Müraciətdə adı sadalanan şəxslərin siyasi əsasla həbsi

Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Zakir Qaralova


8 aprel 2019
MÜRACİƏT

Cənab Qaralov,

Həbsdə olan jurnalistlər Əfqan Muxtarlı və Elçin İsmayıllı yerli və beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus kimi tanınırlar. Onlar əsaslandırılmamış və sübuta yetirilməyən ittihamlar üzrə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Ali Məhkəmə Əfqan Muxtarlı barədə azadlıqdan məhrumetmə cəzasını 18 sentyabr 2018-ci il, Elçin İsmayıllı barədə isə 20 noyabr 2018-ci il tarixdə qüvvədə saxlayıb. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 422-ci maddəsinə əsasən Siz əlavə kassasiya qaydasında protest vermək hüququna maliksiniz. Məcəllənin 423-cü maddəsinə uyğun olaraq bu protest Ali Məhkəmənin qərar çıxardığı gündən 12 ay ərzində Ali Məhkəmə Plenumuna verilir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizi Cinayət-Prosessual Məcəllə ilə təsbit edilmiş hüququnuzdan istifadə edərək jurnalistlər Əfqan Muxtarlı və Elçin İsmayıllının azadlığa buraxılması istiqamətində addımlar atamağa çağırırıq.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi
cənab Ceyhun Həsənova


8 aprel 2019

MÜRACİƏT

Sizin rəisi olduğunuz Penitensiar Xidmət sisteminə daxil cəzaçəkmə müəssisələrində yerli və beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus kimi qəbul edilmiş şəxslər də saxlanılır. Həmin şəxslərin bir qrupu (siyahı aşağıda əlavə edilir) təyin edilmiş cəzanın böyük hissəsini cəzaçəkmə müəssisələrində keçirdiklərindən onların vaxtından əvvəl azadlığa buraxılma imkanları yaranıb.

Qanunvericiliyə əsasən, vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı məsələlər bilavasitə cəzaçəkmə müəssisələrinin mülahizələri və iştirakı ilə həll edilir. Ədliyyə Nazirliyi yanında məhbusların vaxtından əvvəl azadetmə və ya daha yüngül cəzaçəkmə müəssisəsinə keçirmə institutunun tətbiqi ilə bağlı Komissiya fəaliyyət göstərir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizi aşağıdakı siyasi məhbusların vaxtından əvvəl azadlığa buraxılması üçün müvafiq addımlar atmağa və göstərişlər verməyə çağırırıq:

1. Araz Quliyev – 8 ildən 1 il 5 ay qalıb;
2. Ziya Əsədli – 3 ildən 1 il 5 ay qalıb;
3. Əliabbas Rüstəmov – 6 ildən 1 il 2 ay qalıb;
4. Asif Yusifli – 5 ildən 8 ay qalıb;
5. Fuad Əhmədli – 4 ildən 1 il 4 ay qalıb;
6. Anar Əliyev – 5 il 11 aydan 2 il 7 ay qalıb;
7. Niftəli Vəliyev – 5 il 11 aydan 2 il 7 ay qalıb;
8. Məhəmmədəli Axundzadə - 5 il 6 aydan 2 il 4 ay qalıb;
9. Əliəsgər Cabbarov – 2 il 6 aydan 6 ay qalıb;
10. Rza Ağalı – 7 ildən 5 ay qalıb;
11. Ziya Tahirov – 7 ildən 5 ay qalıb;
12. Dəyanət Səmədov – 10 ildən 1 il 9 ay;
13. Firdovsi Məmmədrzayev – 10 ildən 1 il 9 ay;
14. Sərdar Babayev – 3 ildən 10 ay;
15. Səid Dadaşbəyli – 13 il 6 aydan 1 il 4 ay qalıb;
16. Ceyhun Əliyev – 14 ildən 1 il 10 ay qalıb;
17. Cahangir Kərimov – 14 ildən 1 il 10 ay qalıb;
0 kişi imzaladı. Hedefimiz 1.000.
1.000 imzaya ulaşıldığında, bu kampanyanın öne çıkarılan kampanyalarda yer alma ihtimali artar.