DünyaGöz klinikasına cinayət işi açılsın!

DünyaGöz klinikasına cinayət işi açılsın!
Bakı yerləşən DünyaGöz adlı göz klinikası misli görünməyən dələduzluqla məşğuldur. Bu klinikanın insanları necə tora saldığını öyrənmək üçün feysbukda "DünyaGöz Hastanesi - Bakı" səhifəsinin dəyərləndirmə bölməsinə baxmaq və ya bu "Google" axtarış sistemində axtarışa verib xəbər portallarındakı şikayətləri oxumaq kifayətdir.
Türkiyədə heç bir işə götürülməyən (bəlkə universitetdən də qovulan) həkimləri gətirib buradakı sadə insanlardan yüksək məbləğdə vəsait alırlar və onları sağlamlıqları ilə imtahana çəkirlər. 2020-ci ilin dekabr ayının 12-də bu klinikada gözündəki paralitik çəplik səbəbi ilə əməliyyat olunan Gülçöhrə Bəşirovanın Türkiyədən gətirilən həkim Halit Özhisarın naşılığı səbəbi ilə əməliyyatdan sonra görmə qabiliyyəti zəifləyib. Üstəlik, bir gözdə çəplik olduğu halda yüksək məbləğdə pul almaq üçün hər iki gözü əməliyyat edən və düzələcəyinə yüzdə yüz zəmanət verən klinika indi bütün məsuliyyətdən boyun qaçırır. Əməliyyatı edən Halit Özhisar əməliyyatdan dərhal sonra Azərbaycanı tərk edib və aylardır ki, gəlmir. Onun xəstələrə vurduğu ziyanı ört-basdır etmək üçün klinikaya Halil İbrahim Altınsoy adlı başqa bir həkim gətirilib ki, o da klinikanın yalanlarına şərik olur.
Maraqlıdır ki, DünyaGöz klinikası yüzlərlə azərbaycanlı vətəndaşı bu cür tora salıb maddi zərər vurması ilə bərabər onların sağlamlığı ilə də oynayır. Azərbaycanın hüquq-mühafizə orqanları isə məsələyə etinasız yanaşır. Bu səbəblə DünyaGöz klinikası tərəfindən soyğunçuluğa, dələduzluğa məruz qalmış, pulu mənimsənilmiş və xəstəliyi sağalmamış yaxud daha da ağırlaşmış şəxslər və onların doğmaları və bütün bu kampaniyanı görənlər - özümüzün, doğmalarmızın və bütün toplumumuzun sağlam sabahı naminə, bu cür dələduzların ölkədə geniş vüsət almaması üçün bu kampaniyanı imzalayın və imzlamaları üçün dostlarınızı da dəvət edin! Yalnız bu halda müvafiq qurumların diqqətini bu məsələyə cəlb edə bilərik!