Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına veriləcək təqaüdlərin artırılması.
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına veriləcək təqaüdlərin artırılması.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.
Biz bu ərizəni imzalayan şəxslər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələrinə, qazilərə eyni zamanda müharibə iştirakçıları üçün elan etdiyi təqaüdlərin məbləği ilə razılaşmır və artırılmasını tələb edirik !
Sağlamlıqlarını və həmçinin müharibə səbəbindən ömürlük əmək fəaliyyətlərini itirmiş qazilərimiz, indiki qiymətlər ilə aylıq 210-250 manatla yaşamağa məhkum edilməməli, onların həyat şəraitini yaxşılaşdırmaq üçün dövlət öhdəsinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir.
Şəhidlərin, qazilərin etdikləri fədəkarlığın heç bir halda maddi qarşılığı yoxdur, ancaq şəhidlərimizin geridə qoyduqlarının, qazilərimizin müharibədən sonrakı həyatlarının daha yaşanılacaq olması adına, aylıq müavinətlərin şəhid ailələri üçün 800 manat, qazilərin üçün isə 1, 2 və 3-cü əlilik dərəcəyə uyğun olaraq, 600, 550 və 500 manat müəyyən edilməsini tələb edirik!