Müəllimlər sertifikasiyaya yox deyir!

Müəllimlər sertifikasiyaya yox deyir!

0 людей подписали. Следующая цель: 5 000
Когда эта петиция соберет 5 000 подписей, она вероятнее всего сможет заинтересовать локальные медиа!
I L создал(а) эту петицию, адресованную Azərbaycan müəllimləri

Azərbaycan Respublikası Prezidenti cənab İlham Heydər oğlu Əliyevə 

Azərbaycan müəllimləri tərfindən

Məktub.

Yazıb Sizə bildiririk ki,müharibə və pandemiya dönəmində var gücümüzü toplayıb xalqa canla başla xidmət elədik.Dərslərimizi keçdik,bacardığımız qədər şagirdlərimizin ailələrinə dəstək olduq,balalarımız şəhid oldu,həmkarlarımız,qohumlarımız xəstəlikdən dünyasını dəyişdi.Buna baxmayaraq işimizi vicdanla yerinə yetirdik.

Təhsildə ciddi problemlər olduğu halda müəllimlərin tez-tez imtahanlara cəlb olunmağına etiraz edirik.

İbtidai sinifdən başlayaraq 11–ci sinfə qədər dərsliklər yaş həddinə uyğun deyil.Kitabların ağırlığı uşaqlarda müxtəlif fəsadlar törədir.Kurikulum özünü doğrultmadı.Təhsil elə vəziyyətdədir ki,uşaq repetitorsuz ali tehsil ocaqlarina qəbul ola bilmir.Hətta evə verilən tapşırıqları belə yerinə yetirə bilmir.

İlin ortası və ilin sonu müəllimlər elə statistik məlumatlar toplayıb hesabat verir ki,ayılanda görürlər ki, tamamilə lazımsız bir iş görüblər.

İndiki təhsil sistemi müəllimi həddindən artıq çox yükləyir və buna normal insan orqanizmi dözə bilmir.

Biz bu məktubu yazmaqla cənab prezident İlham Əliyev ,sizdən artıq dərəcədə xahiş edirik,bu lazımsız imtahandan bizi azad edəsiniz.Bunun əvəzində əvvəllər olduğu kimi ildə bir dəfə lazımi təlimlərə cəlb olunaq, yenilikləri öyrənək,tətbiq edək.

Sertifikasiya səhiyyə işçilərində heç bir nəticə vermədi və ləğv olundu.Bu əlavə stressdir.Sertifikasiyaya etiraz edirik.

Hörmətlə : Azərbaycan müəllimləri.

0 людей подписали. Следующая цель: 5 000
Когда эта петиция соберет 5 000 подписей, она вероятнее всего сможет заинтересовать локальные медиа!