Azərbaycan kinematoqrafçılarının müəllif hüququnun qorunması haqqında

0 людей подписали. Следующая цель: 200


Son zamanlar internet resurslarında, əsasən də YouTube portalında Azərbaycan filmlərinin müəllif hüququna şərik çıxan naməlum şəxs və şirkətlərin qanunsuz fəaliyyəti çoxalmışdır. Audiovizual məhsulun müəllif hüquqlarına hər bir qanunsuz iddia Azərbaycan Respublikası Konstitusiyasının və qüvvədə olan müvafiq qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 165.1-ci maddələrinə (Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, özgənin bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini mənimsəmə), “Kibercinayətkarlıq haqqında” konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Kibercinayətkarlıq haqqında Konvensiyanın 7-ci (kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma), 8-ci (kompüter texnologiyalarından istifadə etməklə dələduzluq) və 10-cu maddələrinə (müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər), «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 186.1-ci, 479-cu, 488-ci, 491-ci, 492-ci və 493-cü maddələrinə, habelə İnsan Hüquqları Haqda Bəyannamənin 27-ci maddəsinə (müəllifin elmi, ədəbi, və incəsənət əsərlərinin nəticəsində meydana çıxan maddi və mənəvi mənafelərinin qorunması hüququ) əsasən tənzimlənir və müvafiq surətdə cəzalandırılır.
Filmlərin və digər audiovizual məhsulların internet və ya diqər resurslarda nümayişində müəllifin, yaxud müəlliflərin hər birinin yazılı icazəsi (lisenziya) olmadan, istehsalçı studiya və şirkətdən başqa hər hansı digər bir tərəfin iddiası yolverilməzdir! Hüquqlarımızı qoruyaq!



Cегодня Mübariz рассчитывает на вас

Mübariz Nağıyev нуждается в вашей помощи с петицией «Azərbaycan kinematoqrafçılarının müəllif hüququnun qorunması haqqında». Mübariz и 137 участников этой кампании рассчитывают на вас сегодня.