SAĞLAM CƏMİYYƏT ÜÇÜN UŞAQ NİKAHLARINA SON!

SAĞLAM CƏMİYYƏT ÜÇÜN UŞAQ NİKAHLARINA SON!

975 kişi imzaladı. Hedefimiz 1.000.
Başlama tarihi:
Muhatap:
Azərbaycan höküməti

Bu kampanya neden önemli?

Başlatan: Gəlin, danışaq!

Uşaq nikahları insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikahlar qızları təhsil imkanlarından məhrum edir, sağlamlıqlarına mənfi təsir edir, onlara gələcəkdə bir sıra sosial, iqtisadi çətinliklər yaradır. Uşaq yaşlarında evlənən qızlar normal yaşda evlənən qızlara nisbətən cinsi münasibətlərdə daha həssas olurlar və 15-19 yaş arası gənc qadınların ölüm səbəblərindən biri də hamiləlik və doğuş zamanı ortaya çıxan ağırlaşmalardır.

Erkən nikahlar bir sıra böyük fəsadlara yol açır bu fəsadlar isə məişət zorakılığı, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Belə hallara yetkin yaşda evlənənlərlə müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

Uşaq nikahları getdikcə daha çox aşağıdakı səbəblərə görə qızların hüquqlarının pozulması kimi tanınır:

• təhsillərinin səmərəli başa çatmasına mane olur;

• peşə və həyat bacarıqları əldə etmək üçün hər hansı bir imkandan məhrum edir;

• fiziki və zehni olaraq buna hazırlaşmazdan əvvəl onları çox erkən hamiləlik, doğuş və analıq riskinə məruz qoyur;

• intim tərəfdaşı tərəfindən cinsi zorakılığa məruz qalmaları və infeksion xəstəliklərə yoluxma risklərini artırır.

 

Baxmayaraq ki, erkən nikahların qarşısının alınması istiqamətində silsilə tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır, Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyi ilə qadını nikaha məcbur etmə cinayət əməli hesab olunur ölkəmizdə hələ də uşaq nikahları aktual problemlərdən biri olaraq qalmaqdadır. Belə ki, Azərbaycanın bir çox bölgələrində gənc qızlar valideynləri tərəfindən təhsil aldıqları məktəblərdən  uzaqlaşdırılaraq evliliyə məcbur edilirlər.

Bununla bağlı:

Uşaq nikahlarının cinayət olduğunu, təhsilin cəmiyyət üçün son dərəcədə əhəmiyyətli olmasını bəyan edərək qız uşaqlarının hüquqlarının pozulmamasına çağırış edib Hökümətin bu istiqamətdə daha ciddi tədbirlər görməsini istəyirik.  

 

 

TƏHSİLLİ CƏMİYYƏT, 

         SAĞLAM GƏLƏCƏK ÜÇÜN

                     SƏN DƏ BİZƏ DƏSTƏK OL!

975 kişi imzaladı. Hedefimiz 1.000.