Minbir əziyyətlə böyütdüyümüz qız övladlarımıza xatir susmayaq

Minbir əziyyətlə böyütdüyümüz qız övladlarımıza xatir susmayaq
Hər gün Azərbaycanda və ya digər ölkələrdə qadına qarşı zorakılıqla bağlı bir çox xəbərlər eşidirik.Ətrafımızda fiziki və psixoloji zorakılığa məruz qalan,bəlkə zamanla nəyinsə düzələcəyinə ümid edib səbr edən bir çox qadın tanıyırıq.Bir qadın və iki qız övladı anası olaraq buna etirazımı bildirmək və Aytənin,günahsız Tahirənin simasında bütün şiddət görən qadınlara dəstək vermək üçün kampanyaya qoşuldum.Aytənin anasının ürəyini dağladılar.Başqa anaların ürəyi dağlanmasın.Günahsızların qanına girən səbəbkarlar cəzalandırılsın ki,bir azda olsa ürəklərə su sərpilsin.Şiddət görən qadınlara gələcək üçün ümid yaransın.Bu gün onların başına gələn sabah bizim başımıza gələ bilər.Biz qız böyüdürük ki,gələcəyin xoşbəxt qadını və anası olsun.Qız böyütmürük ki,hansısa psixoloji narahatçılığı və ya pis vərdişi olan vicdandan,Allahdan bixəbər gönüqalınlar balalarımızın həyat işığını söndürsün.Allahdan Aytən kimi həyat işığı söndürülən bütün qadınlara rəhmət,əzizlərinə səbr diləyirəm