Liberté

180 supporters

    Started 1 petition

    Petitioning European Court of Human Rights, Azərbaycan Respublikası Ali Məhkəməsi

    Siyasətçi İlqar Məmmədova Azadlıq!

    İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdir. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilmişdir. Bir sıra ölkələr və təşkilatlar bu hökmə etiraz etdi. ABŞ Dövlət Departamenti "şahid ifadələrində və məhkəmə icraatında əhəmiyyətli pozuntular olduğunu qeyd edərək, bizim müşahidələrimiz nəticələrə əsasən verdikləri sübutlara əsaslanmır və siyasi əsaslandırılmışdır".  Birləşmiş Krallığın Xarici İşlər İdarəsi, həmçinin, "hökmlərin siyasi motivli olduğu təəssüratını gücləndirən məhkəmə icraatının bir sıra aspektləri ilə narahatlıq keçirdiyini" ifadə edərək narahatlıqlarını ifadə edib . Avropa Birliyi və Avropa Şurası Parlament Assambleyası Təbii Resurs İdarəetmə İnstitutu də hökmü qınadı.  22 may 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi "Azərbaycanda hakimiyyət orqanları Məmmədovun həbs edilməsi və hökmü ilə bağlı bir sıra əsas insan hüquqları müddəalarını pozması barəsində" qərar qəbul edmişdir. Məhkəmə Azərbaycana Məmmədova təzminat ödəməyi əmr etmişdir . Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin Ilqar Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Buna baxmayaraq Ilqar Məmmədov bu günə (14 okyabr 2017-ci il tarixidə) kimi həbsxanada saxlanılır . Beynəlxalq insan haqları təşkilatı Amnesty International İlqar Məmmədovu "vicdan məhbusu" kimi tanıyıb. 

    Liberté
    180 supporters